Natalia Qastiain Tena (1 noyabr 1984[1], London[2]) — İngilis kinoteatr aktyoru və müğənni, Molotov Jukeboks qrupunun solistidir. Harri Potter film seriyasındakı Nimfadora Tonks rolunu canlandırmışdır. Həm də teleserialda Oshinini canlandırmışdır.[3]
Natalia Tena | |
---|---|
Natalia Qastiain Tena | |
| |
Doğum adı | Natalia Gastiain Tena |
Doğum tarixi | |
Doğum yeri | London, İngiltərə, Birləşmiş Krallıq |
Fəaliyyəti | aktrisa, teatr aktrisası, kino aktrisası, müğənni, ssenarist |
Fəaliyyət illəri | 2000—h.h. |
IMDb | ID1164730 |
Vikianbarda əlaqəli mediafayllar |
1 noyabr 1984-cü ildə dünyaya gəldi. İspaniyalı ailə olan, ata Cesus Tena bir dülgər, ana Maria Tena isə katibədir.
9 yaşında, ailəsi Natalianı, İngilis klassiklərinin əsərlərinə dayanan istehsallarda məmnuniyyətlə yer aldığı bir teatr studiyasına qoydu. Natalianın səhnədəki ilk rolu, Villiam Şeksbrin ölümsüz əsərindən Culieti obrazı idi. "Harri Potter" filmi ilə məşhurlaşan Natalia, səhnəni tərk etmədi və 2008-ci ildə London mərkəzli teatr studiyası Royal Şeksbrin bir produksiyasında Othellodan Desdemona rolunu oynadı.[4]
Natalianın ekranda ilk çıxışı 2001-ci ildə gerçəkləşdi. İngilis teleserial olan "Həkimlər"in bir neçə seriyasında yer aldı. Natalia, İngilis klinikalarından birindəki həkimlərin çətin günlük yaşamına adanmış bir serialda, baş cərrahı başdan çıxarmağa çalışan qərib bir gənc xəstə rolunu oynadı. Çox zaman olduğu kimi, gənəl olaraq, "Həkimlər"dəki rol İngilis kinoteatrın bəyaz pərdəsində Natalia Tena üçün bir keçiş oldu. Bir il sonra, uzun metrajlı film "My Boy"da rol almağa dəvət edildi. Bunu "Eşqin Gözəl Sənəti" (2005), "Xanım Henderson" (2005) və "After Life" (2006) seriallarındakı rollarda oynadı.
Ancaq "Harri Potter və Simurq Ordeni adlı filmin çəkilməsindən sonra dünya çevrəsindəki gerçək şöhrət aktrisaya gəldi. Natalia, qaranlıq güclərə qarşı cəsur bir döyüşçü olan Nimfadora Tonksu oynadı. Tene, ekranda gülməli və son dərəcə qərib bir qızı canlandırmağı bacara bildi. Eynən kitabdakı Nimfadora kimi Coan Roulinq. Natalianın Harri Potterdəki görünüşü nisbətən qısa olmasına baxmayaraq, bunun "o adam" Nimfadora Tonks olduğu hərkəs üçün netləşdi. Filmin həm izləyiciləri həm də istehsalçıları tərəfindən xatırlandı. İkincisi, onu davam filminin çəkimlərinə qatılmağa dəvət etdi. "Harri Potter və Yarımqan Prins", Harri Potter və Ölüm Hədiyyələri Hissə I və Harri Potter və Ölüm Hədiyyələri Hissə II
Natalia Tena, 2011-ci ildə Luke Tradavayla birlikdə Şotlandiya istehsalı bağımsız film You Yerində baş rolda oynadı. Film, T inthe park musiqi festivalında bir neçə gün içində çəkildi. Filmdəki aktyorlar mahnı oxuyur oynayırdılar.[5][6][7]
Film çəkmənin və London teatr studiyası "Royal Şeksbir Kompany"nin performanslarına qatılmanın yanı sıra, Natalia Tena həm də öz musiqi qrupu Molotov Jukeboksu yaratd. Natalia özü mahnı sözləri yazır və mahnı oxuyur, akordeon ifa edir. 2014-cü ildə ilk studiya albomları Karnival Flover tərəfindən yayımlandı.