Coan "Co" Mürrey (ing. Joanne "Jo" Murray, qızlıq soyadı — Roulinq (ing. Rowling); 31 iyul 1965[1][2][…]) — Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və o cümlədən bir müddət dünyanın ən varlı qadını idi.
Coan Roulinq | |
---|---|
ing. Joanne Kathleen Rowling | |
Doğum adı | Joanne Rowling[3] |
Təxəllüsü | Robert Galbraith[4], J. K. Rowling |
Doğum tarixi | 31 iyul 1965[1][2][…] (58 yaş) |
Uşağı | 3 |
Fəaliyyəti | film prodüseri, yazıçı, roman yazıçısı, uşaq ədəbiyyatı yazıçısı, ssenarist, müəllif, icraçı prodüser[d], anti-transgender aktivisti[d] |
Fəaliyyət illəri | 1997-ci ildən |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | faciəvi komediya, fantaziya |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
jkrowling.com | |
Coan Roulinq Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
O, həmçinin Robert Qalbreyt (ing. Robert Galbraith) adı altında Kormoran Strayk detektiv romanlar seriyasını yazır.
Valideynləri: Piter Ceyms Roulinq (ing. Peter James Rowling) və Enn Volant (ing. Anne Volant) "King's Cross" vağzalda Arbort şəhərə gedən qatarda, bir kupedə idilər.[6] İkisi də 45-ci təxribat-komando dəstəyə gedirdilər (Piter acəmi əskər idi, Enn isə Hərbi Dəniz Qüvvələrin qadınlar üçün əlavə xidmətində). Bir neçə ay sonra onlar ordunu tərk etdilər, çünki Enn hamilə idi. 1965-ci ilin martın 14-ündə[6] Enn hamiləliyin beşinci ayında olduqda onlar Londonun şimalında yerləşən kilsədə evləndilər. İkisi də 20 yaşında idilər. Toydan sonra, onlar Qlosteşır qraflığında Bristolun şimali-qərbində Yeyt şəhərətrafda yaşayırdılar. 1965-ci ilin iyulun 31-də Melrouz-Haus sarayında olan doğum palatasında Coan Roulin anadan olmuşdu. Coanın 23 ayı olanda – 1967-ci ilin iyunun 28-də bacısı – Dayanna[7] anadan olmuşdu.
Coan 4 yaşında olanda ailəsi Vinterboarna (ing. Winterbourne, Bristolun cənubi-qərbində şəhərətraf) köçdü.[8] Orada onlar Potter familiyalı bir qız və oğlan ilə oynayırdılar. Coan 200 ildən cox əvvəl Vilyam Vilberforsun əsasını qoyduğu Sent Maykls məktəbində oxuyurdu.
Ana bütün vaxtını qızlarla keçirirdi. Enn onlarla kitab oxumağı çox sevirdi. Beş yaşında Coan bütün uşaq kitablarını əzbər bilirdi. Altı yaşında anasına onun birinci Dovşan adlı dovşan haqqında hekayəni göstərib.
Doqquz yaşında olanda ailəsi yenə köçüb — Tatşilla (ing. Tutshill, Bristolun şimalı-qərbində şəhərətraf). Coanın 15 yaşı olanda anası xəstələndi. Diaqnoz — dağınıq skleroz.
Buraxılış sinfində Coan Oksforda daxil olmağa qərar verdi. 1982-ci ildə o, bütün imtahanları keçdi, artıq namizədlər siyahısında idi, lakin prestij universitetin tələbəsi olmadı.[9] Daha il itirmək istəməyib və Devonda Ekster universitetinə daxil oldu. Orada İngilis dili öyrənmək istəyirdi, lakin valideynlərin məsləhətinə görə Fransız dili bölməsində oxudu.
Universitetı sonuncu kursu qranta görə Parisdə[9] keçəndə və incəsənət görə bakalavr alanda, Roulinq Forksa köçür və orada bir neçə iş yeri dəyişir. O cümlədə, o Beynəlxalq Əfv təşkilatın London ofisində tərcüməçi katib idi.[10]
Sonra o, sevgilisi ilə Mançestera köçüb. Orada qısa müddət ərzində Mançester Ticarət Palatasında işləyirdi. 1990-cı ildə Roulinq dörd saata gecikən Mançesterdən Londona gedən qatarda olarkən, sehrbazlıq məktəbinə gedən cavan bir oğlan haqqında əhvalat onun ağlında "tamamilə formalaşıb".[11]
1990-cı ilin martın 30-da, bundan əvvəl bir neçə il ərzində demək olar ki, iflicli olan Coanın anası vəfat edib. Bundan sonra Coan İngiltərədən Portuqaliyaya köçməyə qərar verib.
1991-ci ildə 26 yaşında Portuya (Portuqaliya) İngilis dili öyrətməyə getdi. O dərsləri nahardan sonra və axşam keçirirdi, səhər isə yazırdı. Bu vaxt Coan onun üçüncü romanın yazılışı ilə məşğul idi (birinci və ikinci "çox pis" olduğuna görə sonuna gədər yazılmamışdı). Yeni kitab özü sehrbaz olduğunu başa düşən və sonra sehr məktəbinə gedən oğlan haqqında idi.
Portuda 1992-ci ilin avqust ayında Jorji Arantes adlı tələbə-jurnalist ilə Coan evləndilər. 1993 onların Cesika adlı qızı anadan olub. Qızın anadan olmasıdan sonra Jorji boşanmağa qərar edib. Boşanmadan sonra Roulinq qızı ilə onun kiçik bacısının yanında olmaq üçün, Edinburqa (Şotlandiya, Böyük Britaniya) köçdülər.
Edinburqda o, "Nikolos" adlı, bacısının həyat yoldaşının kafesinə "Harri Potter"i yazmağa gedirdi.
Şotlandiya İncəsənət Birliyi ona kitabı bitirmək üçün qrant verib və bir neçə uğursuzluqdan sonra, axırda o Harri Potter və Fəlsəfə Daşı romanını Bloomsbury Publishing nəşriyyatına (Britaniya) 4000 ABŞ $ satıb. Bu vaxtları Roulinq Fransız dili müəllimi işləyir.
Bir neçə ay sonra bir nəşriyyat kitabın amerikan hüquqları layiqli məbləğinə alır və Coan müəllimliyini buraxır.
1997-ci ilin iyununda çıxan "Harri Potter və Fəlsəfə Daşı" romanı sensasiya olmuş: naməlum müəllifin birinci kitabı Britaniyada ilin ən yaxşı uşaq kitabı kimi tanınmışdı. O cümlədə, bu kitab Amerikada adaptasiyalanmış ad ilə nəşr olunur: "Harri Potter və Sehrbazın Daşı". Bundan sonra Roulinq öz kitabların adlarını amerikanlılar üçün heç vaxt adaptasiya etmədi.
Birinci kitabdan sonra o, "Harri Potter və Sirlər Otağı" (1998), "Harri Potter və Azkaban Məhbusu" (1999), "Harri Potter və Alov Kuboku" (2000), "Harri Potter və Simurq Ordeni" (2003), "Harri Potter və Mələz Şahzadə" (2005), "Harri Potter və Ölüm Hədiyyələri" (2007) və seriyanın əlavə kitablarını yazır və nəşr edir. 2010 ildə Opra Uinpri Şousunda olarkən, demişdi ki, seriyanın davamın yazılmasının imkanı istisna etmir.
1998-ci ildə Warner Bros Roulinqin iki romanlarınım hüquqlarını onları ekranlaşdırmaq üçün alır.
2001-ci ildə rejissor Kris Kolambusun çəkdiyi "Harri Potter və Fəlsəfə Daşı" filmi ekranlara çıxır. Bundan sonra 2002-ci ildə "Harri Potter və Sirlər Otağı" filmi çıxır. Roulinqın üçüncü, dördüncü, beşinci və altıncı romanlarının ekranlaşdırmaları 2004-cü, 2005-ci, 2007-ci və 2009-cu illərdə çıxdı. Yeddinci kitabın ekranlaşdırması 2 filmdən ibarətdir, onlar 2010-cu və 2011-ci illərdə çıxıb.
Romanların seriyası 60-dan çox dilə tərcümə edildi, dünyada kitabların 40 mln.-dan çox nəşri satıldı. Oxuyucular arasında müvəffəqiyyət qazanan seriya və o cümlədə onun əsasında çəkilmiş filmlər Roulinq üçün dünyəvi şöhrət və sərvət gətirdi. 2004-cü ildən bəri Roulinq Böyük Britaniyanın ən varlı qadınıdır. Forbes jurnalın məlumatına görə 2008-ci ildə onun 1 mlrd. ABŞ dolları var idi.
Roulinq aktiv xeyriyyəçidir. O tək valideyn fonduna və dağınıq skleroz (anasının ölümün səbəbi olan xəstəlik) ilə mübarizə aparan fonda dəstəklik göstərir. 2008-ci ilin dekabrın 4-də dünyanın 25 ölkəsində satışda Coan Roulinqın yeni kitabı çıxdı — "Bard Bidl nağılları". Satışdan əldə edilən pul The Children’s High Level Group təşkilatına gedib. Bu təşkilat Qərbi Avropada uşaq hüquqları ilə məşğuldur.
2001-ci ilin dekabrın 26-da Coan Roulinq ikinci dəfə Nil Skott Mürrey (ing. Neil Scott Murray) adlı edinburqlu həkimlə evləndi. 2003-cü ilin mart ayında onlarda oğlan, 2005-ci ilin yanvar ayında isə qız anadan olur. Oğlana David Qordon Roulinq Mürrey (ing. David Gordon Rowling Murray), qıza isə Makkenzi Cin Roulinq Mürrey (ing. Mackenzie Jean Rowling Murray) adları qoymuşdu.
2012 ilin sentyabrın 27-də Coan Roulinqın "Casual Vacancy" kitabı işıq üzü görüb. Bu kitabı ilk satışa çıxdığı gün artıq yüz minlərlə cild satılmışdı.
Müəllif internet səhifələri geniş yayımından öncəki dövrdən bəri Roulinq aktiv internet istifadəçisidir.[13] O, tez-tez Harri Potter fanatlarına və başqa izləyicilərinə Twitter vasitəsilə müraciət edir.[14][13] Onun ifadə etdiyi baxışları bəzən qalmaqala səbəbi olur.[15][13]
2008-ci ildə Roulinq Leyboristlər Partiyasına 1 million funt ianə edərəl Baş Nazir Qordon Braunı və partiyanın uşaq yoxsuzluğu ilə bağlı siyasətini tərifləyib.[16]