Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film.
Harri Potter və Yarımqan Prins | |
---|---|
ing. Harry Potter and Half Blood Prince | |
Janr |
fentezi macəra Dram |
Rejissor | Devid Yets |
Prodüserlər |
Devid Heyman Devid Barron |
Əsərin müəllifi | Coan Roulinq |
Ssenari müəllifləri |
Coan Roulinq Stiven Klovz |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
Operator |
|
İstehsalçı | Warner Bros. Pictures |
Distribütor | Warner Bros., InterCom[d], Netflix |
İlk baxış tarixi | 16 iyul 2009[1], 23 iyul 2009[2], 15 iyul 2009, 6 iyul 2009, 15 iyul 2009 |
Müddət | 153 dq. |
Büdcə | $250 milyon |
Gəlir | $934.4 milyon |
Ölkələr |
ABŞ |
Dil | İngilis |
İl | 2009 |
Əvvəlki film | Harri Potter və Simurq Ordeni |
Sonrakı film | Harri Potter və Ölüm Hədiyyələri. I hissə |
Rəng | rəngli |
Çəkiliş yeri | London, Hartfordşir |
IMDb | ID0417741 |
Vikianbarda əlaqəli mediafayllar |
Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir.
Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır. Haqqındakı kəhanəti də eşitdikdən sonra özü üçün qaranlıq sehrbazlarla döyüşməkdən daha uyğun bir peşə ola bilməyəcəyini düşünməkdədir.) Professor Slughornu dərsində Harri istifadə olunmuş bir iksir kitabını Slughornun şkafında tapır ki bu kitabın sahibi "Yarımqan Prins" 'dir. Kitabdakı iksirlərlə əlaqədar əl yazısıyla yazılmış kiçik qeydlər Harrinin müvəffəqiyyətlə iksir hazırlamasını və mükafat olaraq kiçik bir şüşə Felix Felices (şans iksiri) qazanmasını təmin edər.
Dambldor, Harriyə xüsusi dərslər verməyə başlayır. Əslində bu dərslər, Fikri ilə Voldemortla əlaqədar xatirələrə edilən səfərlər. Dambldor Voldemortın ölümsüz ola bilmək üçün ruhunu 7 parçaya bölərək onları Hortkuluk deyilən bəzi obyektlərə yerləşdirdiyini təxmin edir. İki hortkuluk məhv edilmişdir (Tom Riddlın gündəliyi və Marvoldo Qaunt'un üzüyü). Bu vaxt inkişaf edən hadisələrlə Harri "Yarımqan Prins"-in Severus Sneyp olduğunu öyrənir.
3. hortkuluk Salazar Slizerinə aid olan bir medalyondur və medalyon yaxşı qorunan bir mağarada gizlənmişdir və içi sirrli bir mayeylə dolu bir qabın dibindədir və madalyona çatmaq istəyən adamın bu mayeni içməsi lazımdır. Dambldor mayeni içir və çox gücsüz və yorğun düşür sonunda bir medalyon və özünə Rəbb deyən birindən qısa bir not taparlar. Harri, Dambldoru da özü ilə birlikdə götürərək sürətlə oradan uzaqlaşır. Dambldorun sağalması üçün Sneypin ona bir iksir hazırlaması lazımdır. Məktəbə çatanda, Drako Malfoyun köməyi ilə məktəbə daxil olan ölüm yeyənlərlə qarşılaşırlar və Sneyp, Dambldoru öldürüb ölüm yeyənlərlə birlikdə məktəbdən uzaqlaşır.Olduqca sakit keçən filmin sonunu pərəstişkarların çoxu bəyənməmişdi.
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |