Nataliya Valeh qızı Tağıyeva (bəzi filmlərdə: Nailə Bağırova; 24 dekabr 1954, Zlatoust, Çelyabinsk vilayəti – 17 fevral 2005, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000). Anası rus, atası isə azərbaycanlı olan Nataliya gənclik illərindən sənətə, teatr və kinoya maraq göstərib.
Nataliya Tağıyeva | |
---|---|
Doğum tarixi | 24 dekabr 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 2005 (50 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları |
Nataliya Valeh qızı Tağıyeva 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. 1978-ci ildən S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası olmuşdur. İlk dəfə səhnədə Rüstəm İbrahimbəyovun "Ultimatum" pyesində gəlin rolunda çıxış etmişdir. Bağırova soyadı ilə də çıxış edib.
Rolları: Xumar ("Şeyx Sənan", H. Cavid), Ziba xanım ("Lənkəran xanının vəziri", M. F. Axundov), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Dvoyra ("Qürub", İ. Babel), Azaliya ("Azaliya", İ. Jamiak), Marianna ("İdeal cütlük", A. Popov) və s.
"Azərbaycanfilm"in istehsalı olan "Yarımçıq qalmış serenada", "Onun dəlisov məhəbbəti", "Cin mikrorayonda", "Ailə" və başqa filmlərində çəkilmişdir.
Məbud Məhərrəmov xatırlayır: O vaxt Nataliyanın xəstəliyi şiddətləndi. O, xəstəliyini bilirdi və əli hər yerdən üzülmüşdü. Xərçəng onun ağciyərini və bir böyrəyini zədələmişdi. Moskvadan bir onkolooq gəlmişdi. Mən Nataliyanın bütün analizlərini göstərdim. Həkim mənə dedi ki, təcili onu Moskvaya gətirin, onun bir böyrəyini götürəcəyik, bundan sonra iki il normal işləyəcək. Əməliyyat olunandan sonra Nataliya ilə iki il səhnəyə çıxdıq, hətta İsrailə qastrol səfərinə də getdik. Həkim necə demişdisə, elə də oldu. Ölümünə iki ay qalmış, çox üzüldü, yatağa düşdü. Onda mən tez-tez onun yanına gedirdim, onu ruhlandırmağa çalışırdım. Bir dəfə mənə dedi ki, "bəs sən mənə söz vermişdin ki, məni xilas edəcəksən, indi elə də, niyə eləmirsən?" Onun son arzusu əlbəttə ki, sağalmaq, xəstəlikdən xilas olmaq idi. Amma təəssüf ki, olmadı. Mən də bu haqda ona heç nə deyə bilmirdim. Çünki bilirdim ki, vəziyyəti çox ağır idi və son günlərini yaşayır.
Nataliya Tağıyeva 19 fevral 2005-ci ildə xərçəng xəstəliyindən Bakıdakı evində dünyasını dəyişir. Çəmbərəkənd məzarlığında dəfn edir.[1]