Natalya Lavrova

Natalya Lavrova (4 avqust 1984; Penza, RSFSR — 23 aprel 2010; Penza, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast.[2] 2000 Sidney2004 Afina Olimpiadalarının qalibi.[2] 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast.

Natalya Lavrova
Şəxsi məlumatlar
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi
Doğum yeri Penza, RSFSR
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Penza, Rusiya
Vəfat səbəbi avtomobil qəzası[d][1]
Boyu 175 sm.
İdman növü Bədii gimnastika
Karyera illəri 1990—2005
Medallar

Natalya Lavrova 1984-cü il avqustun 4-də Penza vilayətinin Penza şəhərində anadan olub.[2] 5 yaşında idmanla məşğul olurdu. Birinci məşqçisi Olqa Stebeneva idi. 1991-2002-ci illərdə Penza şəhərində 75 nömrəli orta ümumtəhsil məjtəbində təhsil alıb. Ali təhsilini isə Penza Dövlət Universitetinin V. Q. Belin adına Pedaqoji İnstitutunda alıb.

Natalya Lavrova 1998-ci ildən bədii gimnastlardan ibarət Rusiya yığmasının üzvü idi.

Natalya Lavrova 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin qalibi oldu.[2] 2002-ci ildə Nyu-Orleanda (ABŞ), 2003-cü ildə isə Budapeştdə (Macarıstan) Dünya Çempionatlarının qızıl medalına sahib olan Natalya Lavrova, Avropa Çempionatlarında 2 dəfə — 2001-ci ildə Cenevrədə (İsveçrə), 2003-cü ildə isə Rizada (Almaniya) qalib olub.[2]

Natalya Lavrova Rusiyanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.[2]

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 19 aprel 2001-ci il tarixli Sərəncamına əsasən Natalya Lavrova "Dostluq" ordeni ilə təltif edildi.

Daha sonra Natalya Lavrova Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.[2] Bununla da o, 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast olaraq tarixə düşüb.

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 4 noyabr 2005-ci il tarixli Sərəncamına əsasən Natalya Lavrova "Şərəf" ordeni ilə təltif edildi.

Natalya Lavrova 2005-ci ildə idmanla vidalaşdı.[2]

Natalya Lavrova və bacısı Olqa Popovanın Qərb qəbirstanlığının Fəxri xiyabanında məzarı

Karyerası ərzində Natalya Lavrova 2 dəfə Olimpiya Oyunlarının, 5 dəfə Dünya Çempionatının, 4 dəfə isə Avropa Çempionatının qalibi olub.

  • 1999 Dünya Çempionatı
    • 1 Qızıl — Qrup turniri
    • 3 Bürünc — 5 gürz
    • 2 Gümüş — 3 lent + 2 halqa
  • 2000 Olimpiya Oyunları
    • 1 Qızıl — Qrup turniri
  • 2001 Avropa Çempionatı
    • 1 Qızıl — Qrup turniri
    • 1 Qızıl — 5 gürz
  • 2002 Dünya Çempionatı
    • 1 Qızıl — Qrup turniri
    • 2 Gümüş — 5 lent
  • 2003 Avropa Çempionatı
    • 1 Qızıl — Qrup turniri
    • 1 Qızıl — 5 lent
  • 2003 Dünya Çempionatı
    • 1 Qızıl — Qrup turniri
    • 1 Qızıl — 5 lent
    • 1 Qızıl — 3 top + 2 halqa
  • 2004 Olimpiya Oyunları
    • 1 Qızıl — Qrup turniri

Natalya Lavrova və bacısı Olqa Popova 2010-cu ilin aprelində yol-nəqliyyat qəzası nəticəsində öldü.[2]

2010-cu il aprelin 23-də saat 10:00 radələrində Penza-Şımışey yolunun Penza ərazisində "VAZ-2114" avtomobili idarəetməni itirdi və qarşı tərəfdən gələn "Mazda" avtomobili toqquşdu. Hadisə zamanı "VAZ-2114" avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Olqa Popova və sərnişin 1984-cü il təvəllüdlü Natalya Lavrova aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində öldü.

Natalya Lavrova və bacısı Olqa Popova Penza şəhərində Qərb qəbirstanlığının Fəxri xiyabanında dəfn olundu.

  1. http://english.ruvr.ru/2010/04/23/6830418.html.
  2. 1 2 3 4 5 6 7 8 9 Olympedia.org. "Nataliya Lavrova". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.