Natiq Şahmuradov

Natiq Şahmuradov (14 avqust 1963, Kərkicahan8 may 1992, Şuşa, DQMV) — Qarabağ müharibəsi şəhidi.

Şahmuradov Natiq
Şahmuradov Natiq Əmirxan oğlu
Doğum tarixi
Doğum yeri Kərkicahan, Xankəndi, Azərbaycan SSR
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Şuşa
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Sevinc
Uşağı Milis
Atası Əmirxan
Anası Faizə
Milliyyəti azərbaycanlı

Şahmuradov Natiq Əmirxan oğlu 1963-cü il avqustun 14-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. 1981-1983-cü illərdə XarkovSevastopol şəhərlərində hərbi xidmətdə olmuşdur. Bu illər ərzində rabitə elminin dərin sirlərinə yiyələnmişdi. 1985-1987-ci illərdə sürücülük və kino-mexaniklik peşələrinə yiyələnmişdir. Hərbi xidməti başa vurduqdan sonra DQMV Polis İdarəsində polis vəzifəsinə qəbul olunmuşdur. 1989-cu ildə həmin idarənin göndərişi ilə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilmişdir. Bu məktəbi əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Saatlı rayonuna göndərilib. O, bu göndərişdən imtina edərək od-alov içində yanan Qarabağa göndərilməsini təkid etmişdi. Ona görə də, kəlbəcərli Qənimət İmanovla “Mübariz keşikdə” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə çıxış etmişdilər. Nəhayət, onu Şuşa polis şöbəsinə göndərmişlər.

Kərkicahan pələngi

[redaktə | mənbəni redaktə et]

Natiq Kərkicahanın ağır günlərini nəzərə alaraq, öz xahişi ilə Kərkicahanda işləyə-işləyə döyüş meydanına atılmışdı. Onun rus dilində səlis danışması ermənipərəst hərbçilərlə Kərkicahan əhalisi arasında müəyyən ünsiyyət yaratmışdı. Kərkicahanın işğalından sonra Natiq Şuşanın müdafiəsində dayanır. 1992-ci il may ayının 8-də Natiq xəstəxana istiqamətində vuruşarkən, həbsxana tərəfdə vəziyyətin ağır olduğunu eşidir. “UAZ” markalı avtomaşınla hərbi sursat götürərək həmin istiqamətə gedir. Həbsxanada ətrafında baş verən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Evli idi. Kərkicahan qəsəbəsi 6 saylı məktəbi onun adını daşıyır. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.