Natiq Tahirli

Natiq Namiq oğlu Tahirli (28 oktyabr 1997, Almu, Lerik rayonu17 may 2016, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.

Natiq Tahirli
Natiq Namiq oğlu Tahirli
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1997(1997-10-28)
Doğum yeri
Vəfat tarixi 17 may 2016(2016-05-17) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Namiq Tahirli
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 2015-2016
Rütbə Əsgər
Döyüşlər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — 2016

Həyatı[redaktə | mənbəni redaktə et]

Natiq Tahirli 28 oktyabr 1997-ci ildə Lerik rayonunun Almu kəndində anadan olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin sonlarında hərbi xidmətə yollanmışdır. Sərhəd Qoşunlarının əsgəri kimi Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Tahirli 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Aprel döyüşlərində vuruşmuşdur. Döyüşlərdə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir.

" Biz olmasaq, bu Vətən də olmaz!
Könüllü olaraq hamımız hərbi xidmətə yollanmalıyıq!
Natiq Tahirli (əsgərliyini başa vurmuş şəxslərin yenidən təlim üçün əsgərliyə çağırılmasına reaksiyası)
"

Əsgər Natiq Tahirli 2016-cı ildə, mayın 17-si Azərbaycan-Ermənistan təmas xəttində, Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində snayper gülləsinin dəyməsi nəticəsində şəhid olmuşdur.[1] Müdafiə Nazirliyinin məlumatına əsasən, dərhal tədbirlər görülmüş və qarşı tərəfin canlı qüvvəsi məhv edilmişdir. Mayın 18-i Natiq Tahirli doğulduğu Lerik rayonunun Almu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Natiq Tahirli uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Natiq Tahirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Münaqişəyə dair danışıqlara məhəl qoymayan Ermənistanın atəşkəs rejimini pozması nəticəsində əsgərimiz şəhid olub". www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) (az.)). 17.05.2016. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.03.2021.