Natrium dihidrogen pirofosfat (Na2H2P2O7) – qeyri-üzvi birləşmədir, pirofosfor turşusunun və qələvi metalı natriumun turş duzudur.
Natrium dihidrogen pirofosfat | |
---|---|
Ümumi | |
Sistematik adı | Natrium dihidrogen pirofosfat |
Kimyəvi formulu | Na₂O₇P₂²⁻ |
Molyar kütlə | 221,94 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,88 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 220 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7758-16-9 |
PubChem | 9837369 |
ChemSpider | 8013090 |
Natrium dihidrogen pirofosfat — rəngsiz kristallardı, soyuq suda orta dərəcədə həll olunur, isti suda parçalanır. Na2H2P2O7• 6H2O formasının kristalhidratını əmələ gətirir.
1. Natrium dihidrogen fosfatın qızdırdıqda parçalanması zamanı alınır:
2. Pirofosfor turşusu məhlulunun durulaşdırılmış natrium hidroksid məhlulu ilə neytrallaşdırılması:
3. Soyuq qatı sirkə turşusunun, natrium pirofosfatının doymuş məhluluna təsiri nəticəsində:
1. Kristalhidrat vakuumda qızdırıldıqda su itirir:
2. Qızdırıldıqda, yavaş-yavaş suyu itirərək digər fosfatlara çevrilir:
3. İsti suda parçalanır:
4. Qələvilərlə reaksiyaya girərək normal duzlar alınır:
Natrium dihidrogen pirofosfat müxtəlif sənaye sahələrində geniş istifadə olunur:sterilizasiya zamanı konservləşdirilmiş dəniz məhsullarının rəngini qorumaq üçün istifadə olunur; oksidləşmə nəticəsində kartofdan hazırlanan yarımfabrikatları qaralmadan qorumaq üçün istifadə olunur; dəri və xəz istehsalında ləkələri çıxarmaq üçün; süd sənayesində; neft sənayesində; kosmetik sənayedə (saç boyaları, diş pastaları və s.).