Natrium salisilat

Natrium salisilat — salisil turşusu törəmələri qrupuna aid olan ağrıkəsici və antipiretik dərman vasitəsidir. Ağrıkəsici və qızdırmasalıcı dərman kimi vasitə, onun əsas tətbiq sahəsidir. Asetilsalisil turşusuna həssas olan insanlar üçün mümkün olan əvəzedicilərə aid edilir. Həmçinin, steroid olmayan dərman kimi iltihab əleyhinə istifadə oluna bilər. Əlavə olaraq, natrium salisilatın xərçəng hüceyrələrində apoptoz əmələ gətirdiyinə dair dəlillər mövcuddur. [1]

Natrium salisilat
Ümumi
Sistematik adı Natrium salisilat
Ənənəvi adı İUPAK Natrium 2-hidroksibenzoat
Kimyəvi formulu C7H5NaO3
Molyar kütlə 160.103 q/mol
Təsnifatı
CAS-da qeyd. nöm. 54-21-7
PubChem
RTECS VO5075000
ChEBI 9180
ChemSpider

Natrium salisilat salisil turşusunun natrium duzudur. Fiziki xüsusiyyətlərinə görə: şirin-duzlu dada malik, qoxusuz, ağ kristal toz və ya xırda lopa şəklindədir. Çox asanlıqla suda (1: 1), spirtdə (1: 6) həll olur. Məhlulları (pH 6.0–7.0) +100 ° C-də 30 dəqiqə müddətində sterilizə edir.

  1. ↑ Lee E. J., Park H. G., Kang H. S. Sodium salicylate induces apoptosis in HCT116 colorectal cancer cells through activation of p38MAPK // International journal of oncology. — 2003. — Т. 23, вып. 2.
  2. ↑ ЭСБЕ/Салициловая кислота — Викитека. ru.wikisource.org. Дата обращения: 6 апреля 2018.
  • А. П. Арзамасцева. Фармацевтическая химия. — М.: "ГЭОТАР-МЕД", 2004. — 640 с. — ISBN 5-9231-0438-5.