Natrium sulfit

Natrium sulfit Na2SO3 – natrium və sulfit turşusunun duzudur. Rəngsiz kristal maddədir.

Natrium sulfit
Ümumi
Sistematik adı Natrium sulfit
Kimyəvi formulu Na2SO3
Molyar kütlə 126,037 q/mol
Fiziki xassələri
Sıxlıq 2,63 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 33,4 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 7757-83-7
PubChem
RTECS WE2150000
ChEBI 86477
ChemSpider

Alınması[redaktə | mənbəni redaktə et]

Natrium karbonatın məhlulunun kükürd(IV) oksidlə reaksiyasından:

  • Na2CO3+SO2 → Na2SO3+ CO2

Natriumhidrosulfit məhlulunu NaOH məhlulu ilə neytrallaşdırmaqla:

  • NaHSO3+ NaOH → Na2SO3 + H2O

[1]Natrium hidroksidin kükürd(IV) oksidlə reaksiyasından :

  • 2NaOH +SO2 → Na2SO3 + H2O

Xassələri[redaktə | mənbəni redaktə et]

Natrium sulfit güclü reduksiyaedicidir. Adi temperaturda su məhlulundan Na2SO3∙7H2O kristalhidrat şəklində ayrılır.

  1. Natrium sulfitin məhlulu havanın oksigeni ilə asanlıqla oksidləşir:
  • 2Na2SO3+ O2 → 2Na2SO4

2. Natrium sulfit məhlulunu kükürdlə qızdırdıqda natrium tiosulfat alınır:

  • Na2SO3+ S → Na2S2O3

Natrium sulfitin sulfat turşusu ilə reaksiyası kükürd(IV)oksidin alınması üçün istifadə olunur:

  • Na2SO3 + H2SO4 → SO2+Na2SO4+ H2O Natrium sulfiti qızdırdıqda disproporsiya reaksiyası nəticəsində sulfid və sulfat alınır:
  • 4 Na2SO3t Na2S + 3Na2SO4
Natrium sulfit
Ümumi
Kimyəvi formulu Na₂SO₃[2]
Molyar kütlə 0 kq[2]
Fiziki xassələri
Sıxlıq 2,63 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi > 500 °C[3]
Təsnifatı
CAS-da qeyd. nöm. 7757-83-7
PubChem
RTECS WE2150000
ChEBI 86477
ChemSpider

Tətbiqi[redaktə | mənbəni redaktə et]

[4]Natrium sulfit pestisidlərin istehsalında, tərkibində xrom olan axar suların zərərsizləşdirilməsində, ağardılmış parçadan xlorun artığının çıxarılmasında, əlvan metal filizləri üçün flotoreagent kimi, həmçinin kinofoto sənayesində geniş tətbiq olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ə. B. Əliyev. Qeyri-üzvi kimya. Bakı 2007. s.180
  2. 1 2 SODIUM SULFITE (ing.).
  3. SODIUM SULFITE.
  4. V. M. Abbasov, A. M. Məhərrəmov, M. M. Babanlı, M. A. Babanlı, A. M. Tağıyev. Qeyri-üzvi kimya. Bakı 2001.s 141–142