Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. (may 2024) |
Vizual sənətdə təbiətçilik təbiətin olduğu kimi bir təsvir olaraq ortaya çıxdı. Əslində ilk təbiətşünas əsərlərin Qədim Yunanıstanda klassik sənətkarlar tərəfindən verildiyini söyləmək olar. İntibah dövrü sənətçiləri müəyyən mənada bu anlayışı canlandırdılar.
17-ci əsrdə yaşayan təbiətşünas rəssamlar təbiəti gözəlliyi və çirkinliyi ilə olduğu kimi əks etdirməkdə birləşmişdilər. Təbiətşünas termini də bu əsrdə ilk dəfə istifadə edilmişdir.
1830-cu illərdə İngilis mənzərə rəssamı John Constable, təbiətin bütün tərəflərini olduğu kimi təsvir etmək lazım olduğu fikirini müdafiə etdi. Konstablein təsiri ilə Fransız Barbizon rəssamları yeni Avropa Təbiətşünaslığının mənzərə rəsminin nümayəndələri idi. Bu illərdə Jean-Baptiste Camille Corot, Alfred Sisley, Camille Pissarro və Claude Monet də naturalist əsərlər hazırladılar.
19-cu əsrin sonlarına doğru, Naturalizm Alman rəssamlarına təsir etdi. ABŞ-də Naturalizm 19-cu əsrdə Realizm ilə bir-birinə qarışaraq inkişaf etdi.