Naukot qalası

Naukot qalası

Naukot qalası — Bu qala 1814-cü ildə Mir Kərəm Əli Xan Talpur tərəfindən tikdirilib.[1] Tarparkar dairəsində Mithi Talukada, Sind əyalətinin Mirpur Xas şəhərindən təxminən 64 km cənubda yerləşir. Yerləşmə yerinə görə onu həm də Tar səhrasının giriş qapısı da adlandırırlar.[2] Bu həmin qalanın Racputlara qarşı ərazinin qorumasında istifadə edilməsinə görə də belə adlanırdı.[3]

Naukot qalası yerləşdiyi Tarparkar dairəsinə görə unikal memarlıq abidəsidir. Belə ki, onun tikintisində yalnız kərpicdən istifadə edilib. Maraqlıdır ki, tikintisində ağac və dəmir kimi materiallardan istifadə edilməyib. Qala yanmış kərpicdən tikilib. Onun uzunluğu 113 metr, eni isə 98 metrdir. Qalanın cənub tərəfində daha bir dördkünc tikili var. Həmin tikilinin ölçüləri 15x13m-dir. Sadə girişi olan bu tikilinin dar girişi var.

Qalanın divarları və bürcləri olduqca maraqlı görünüşə sahibdir. Kiçik və dar girişdə 2 yarımdairəvi bürc var. Bürc qapıların yanında yerləşib dördkünc tikilinin bir hissəsini təşkil edir. Hündürlüyü 9,5 sm, diametri təxminən 42 metrdir. Tağlı girişin hündürlüyü 7 metr, eni isə 4 metrdir. Qalanın içəri hissəsinə keçid qəsr olan dördtərəfli tikilinin bir hissəsini təşkil edən keçid tipli otaqdan və zaldandır. Qala 9 yarımdairəvi bürcdən ibarətdir, Bu bürclərdən ikisi əsas girişi qoruyur, dördü künclərə, 3-ü isə cənub, şimal və qərb divarlara doğru mərkəzdə yerləşir. Dörd bir tərəfdən eni 4 metr olan qala divarları uzanır. Yanmış kərpicdən olan iki pilləkanı var. Bu pilləkanlarla divarların yuxarısına və qalanın içərisinə qalxmaq mümkündür. Qalanın daxili hissəsi otaqlardan ibarətdir. Həbsxana və ya qaranlıq zirzəmi kimi qeyri-müəyyən hissələri barıtxana və ya döyüş sursatı mühafizəsi həyata keçirilən otaqlar ola bilər.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Shaw, Isobel (1990). Pakistan Handbook. Moon Publications. ISBN 9780918373564.

  1. Shaw, Isobel (1990). Pakistan Handbook. Moon Publications. Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine ISBN 9780918373564.
  2. "Guriro, Amar (12 September 2011). "Rains and govt apathy prove too much for 200-year-old Naukot Fort". www.pakistantoday.com.pk. Retrieved 28 May 2017". 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2020.
  3. "Rashid, Salman (1992). Riders on the Wind: Travels Through Pakistan. Sang-e-Meel Publications. p. 32". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  4. "Restoration: Team goes to survey Naukot Fort - The Express Tribune". The Express Tribune. 18 August 2011.