Naxçıvan-Sədərək magistral yolu

Naxçıvan-Sədərək magistral yoluAzərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu.

Avtomobil yolu
M7 şossesi
Ölkə  Azərbaycan
Yol nömrəsi M-7
Uzunluğu 87 km
Başlayır Azərbaycan Naxçıvan
Bitir Azərbaycan Sədərək

İnşa tarixindən

[redaktə | mənbəni redaktə et]

Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.[1]

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr[2], eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, ŞərurSədərək rayonlarını birləşdirir.[1]

Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.[3]

  1. 1 2 "İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak etmişdir". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  2. "Respublika əhəmiyyətli avtomobil yolları". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  3. "Arxivlənmiş surət". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.