Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası — Naxçıvan Muxtar Respublikasında fövqəladə hallar, təbii və texnogen fəlakətlərə hazırlıq, təhlükəsizlik tədbirləri və risk bölgələrini əks etdirən məlumat toplusu. Bu atlas bölgənin təhlükəsizlik potensialını artırmaq və fövqəladə hallar zamanı effektiv müdaxilə etməyə kömək edən bir kitabdır.
Naxçıvan MR fövqəladə hallar atlası | |
---|---|
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası | |
| |
Janr | Atlas |
Mövzu | Fövqəladə hallar |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2017 |
Yazıldığı il | 2016 |
Nəşriyyat | ”Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi |
Səhifə | 248 |
Tiraj | 200 |
Elektron versiya |
Naxçıvan MR fövqəladə hallar atlası 2017-ci ildə nəşr olunmuşdur. Atlasın hazırlanması və nəşri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəbbüsü ilə həyata keçirilmişdir.
Atlas aşağıdakı əsas məlumatları əhatə edir:
Naxçıvan MR FH atlası, fövqəladə halların idarə olunması və risklərin azaldılması sahəsində mühüm bir rol oynayır. Atlas, fövqəladə hallar zamanı resursların effektiv idarə olunmasına və əhalinin təhlükəsizliyinin təmin edilməsinə kömək edir.
Atlasın əsas istifadəçiləri arasında Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyətləri, təcili yardım xidmətləri, vətəndaş müdafiə qüvvələri və geniş ictimaiyyət yer alır.
Atlası bölgənin təhlükəsizlik potensialının gücləndirilməsi və fövqəladə hallara qarşı hazırlığın artırılması baxımından əhəmiyyətli bir resursdur.[1][2]
2 mart 2016-cı ildə Azərbaycanın 4-cü prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam[3][4] imzaladıqdan 2 həftə sonra, martın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşr edilməsi barədə sərəncam imzalayıb.[5] Bu sərəncamla həm də atlasın redaksiya heyətinin tərkibi təsdiqlənib.[6]
Redaksiya heyətinin 2016-cı il noyabrın 29-da keçirilən ilk iclasında müvafiq işçi qrupu yaradılıb və işin icrasına başlanıb. 6 bölmədən ibarət olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilib. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilib. 2017-ci ilin aprelində atlasın təqdimatı olub.[7][8]
2017-ci ilin mayında “Naxçıvan” Universitetində atlasın müzakirəsi keçrilib. Universitetin rektoru, professor İsmayıl Əliyev deyib ki, müzakirənin “Naxçıvan” Universitetində keçirilməsində məqsəd muxtar respublika ərazisində ehtimal olunan təbii texnogen fəlakətlər və sosial-bioloji təhlükələr haqqında müəllim-tələbə heyətinə ətraflı məlumat vermək, eləcə də universitetdə mülki müdafiə işinin təşkilində və mülki müdafiə dərslərinin tədrisində metodiki vəsait kimi istifadə edilməsindən ibarətdir.[9]