Naxışların yaddaşı (film, 1973)

Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir.

Naxışların yaddaşı
Fayl:Naxışların yaddaşı (film, 1973).jpg
Janr sənədli film
Rejissor Yalçın Əfəndiyev
Ssenari müəllifləri Xudu Məmmədov
Vidadi Paşayev
Operator Zaur Məhərrəmov
Bəstəkar Vaqif Mustafazadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1973
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
Dil rusca
İl 1973
Texniki məlumatlar 2 hissə
560 metr
35 mm
Rəng rəngli

Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
  • Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Vaqif Mustafazadə
Səs operatoru: Şamil Kərimov
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. стр.13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 235-258.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, səh. 815.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]