Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib.
Kəşf edən | Voyager 2 |
---|---|
Kəşf tarixi | 18 sentyabr 1989 |
Böyük yarımoxu | 48.227 km |
Əyilməsi | 0,083 radian |
Nəyin peykidir | Neptun |
Özünə xas ekssentrisitet | 0,0047 |
Kütləsi | 190 exagram[1] |
0,07 | |
23,9 | |
Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir.
Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.
Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin
Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.