Nazikdimdik balinaquşu[3] (lat. Pachyptila belcheri) — Fırtınaquşular fəsiləsinə aid növ.
Nazikdimdik balinaquşu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nazikdimdik balinaquşu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Nazikdimdik balinaquşular 25–26 sm uzunluğa malik olurlar. Qanadlarının uzunluğu isə 16,6–19,1 sm arasında dəyişir. Qanadları arasında məsafə 56 sm, çəkiləri isə 115–180 q olur. Bir qayda olaraq erkəklər dişilərdən iri olur.
Bədəninin üst hissəsi mavi-bozdur. Qanadlarında tünd rəngli "М" hərfinə bənzər ləkə vardır. Bədəninin ön hissəsi ağımtıldır.
Növ əsasən Folklend adaları, Kergelen, Kroze adaları və olabilsin ki Cənubi Georgiya[4] adalarında yayılmışdır. 1984-cü ildə Çiliyə məxsus Isla Noir adasında iri bir koloniya aşkarlanmışdır. Çoxalma dönəmi istisna olaraq onlara Yava, Qərbi Avstraliya, Qərbi Peru, Cənubi Braziliya və Cənubi Afrika ərazisində belə müşahidə edilir.
Bu növün nümayəndələri əsasən xərçəngkimilər, başayaqlı kolyusklar və kiçik balıqlarla qidalanırlar. Açıq dəniz üzərində əsasən dəstələrlə uçurlar. Bu zaman onlar Antarktika balinaquşları ilə birgə uçurlar.
Quşlar əsasən torpaq üzərində dəldikləri oyuqlara yumurta qoyurlar. Bu oyuqların uzunluğu 60 sm-3,5 m arasında dəyişə bilir. Folklend adalarında bu tip yuvalar 15 bəzən isə 190 metr hündürlükdə qurulur. Yuvalar əsasən ot və öz tüklərindən hazırlanır. Yetkin quşlar yumurtaladıqları yerə sentyabr ayında qayıdırlar[5]. Çoxalma noyabrdan başlayır. Bu zaman quşlar yumurta qoyur. İnkubasiya dövrü 46–47 gün davam edir. Yeni yumurtadan çıxan balalar yalnız 49–50 günlüyündə sərbəstləşirlər. Hər iki valideyn yumurtanın üzərində yatır və balanın yemlənməsində iştirak edir. İl ərzində yslnız bir dəfə yumurta qoyur.
Kergelen adasında Nazikdimdik balinaquşu Mavi fırtınaquşuları (Halobaena caerulea) ilə yuvalar üzərində mübarizə aparırlar.