Nazim Əfqan oğlu İsmayılov (7 oktyabr 1996, Kolxəlfəli, Ağstafa rayonu – 12 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Tovuz döyüşlərinin şəhidi.[1]
Nazim İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Tovuz döyüşləri (2020) |
Təltifləri |
Nazim İsmayılov 7 oktyabr 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub.[1]
Nazim İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi.[1] O, 2020-ci il iyulun 16-da Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.[2]
İyulun 16-da Nazim İsmayılov, doğulduğu Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Qənirə Paşayeva və Səməd Seyidov qatıldı.[1]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3][4]