Seymur Vaqif oğlu Orucov (27 oktyabr 1984, Naxçıvan) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri.[1]
Seymur Orucov | |
---|---|
Vəzifədədir | |
21 may 2020-ci ildən | |
Əvvəlki | Nizaməddin Quliyev |
29 yanvar 2011 – 11 mart 2021 | |
Əvvəlki | Ramil Həsən |
Sonrakı | Bəxtiyar İslamov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 oktyabr 1984 (39 yaş) |
Doğum yeri | |
Partiya | |
|
|
Təltifləri |
Seymur Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.
2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur.
2006–2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
2009–2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.[2]
4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra etmişdir.[3][4]
Azərbaycan Respublikasının Prezidentinin 21 may 2020-ci il tarixli sərəncamı ilə Ağstafa rayon icra hakimiyyətinin başçısı təyin edilib.[5]