Nazim Aslan Bozalqanlı

Nazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur.

Nazim Vəliyev
Doğum tarixi 22 fevral 1960(1960-02-22) (64 yaş)
Doğum yeri
Elm sahəsi Neft yataqlarının işlənməsi
Elmi dərəcələri
  • Texnika elmləri namizədi - 1990[1];

Texnika Elmləri Doktoru - 2015[2]

  • Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvü[3]
    ; * Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru - 2015;
    * Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru - 2015
İş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
Təhsili
Mükafatları
  • "Qızıl qələm" mükafatı;
  • "Tərəqqi" medalı (2008);
  • "Əməkdar Mühəndis" Fəxri adı (2011);
  • "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı (2013);
  • 3-cü dərəcəli “Əmək ordeni”;
  • "Zeynalabdin Tağıyev" adına medal (2022);
  • Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz Medalı (2023);
  • Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Avropa Xidməti Ordeni (2023);
  • Digər bir sıra diplomlar və keçmiş ""SSRİ Neft Sənayesi Nazirliyi""nin və SOCAR-ın digər bir sıra fəxri fərmanları və diplomları.
nazim-veliyev.narod.ru

Texnika elmləri namizədi (1990), Dosent (28.10.2016), Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru 2015 və Professoru (2017[5]) Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvü[3], Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru 2015, SOCAR-ın Baş ofisinin elm, texnika və nanotexnologiyalar departamentinin rəisi, bir sıra elmi və bədii kitabların müəllifidir.

İngilisrus dillərini bilir.

Evlidir, bir qızı var.

İstehsalat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1982-ci ildən Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

N. Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (indiki SOCAR) aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən ARDNŞ-nin Baş ofisində "Elm və texnika" şöbəsinin, 2020-ci ildən isə "Elm , texnika və nanotexnologiyalar departamentinin rəisi, paralel olaraq, 1993-cü ildən ictimai əsaslarla Baş ofisin "Həmkarlar İttifaqı Komitəsi"nin sədridir.

Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə bir sıra beynəlxalq sertifikatlara malikdir.

Beynəlxalq sərgi-konfranslarda, konqres, simpozium və formlarda SOCAR-ın nümayəndəsi kimi Azərbaycanı layiqincə təmsil edir.

Elmi-texniki jurnallarda, şuralarda və təşkilatlarda təmsilçiliyi

[redaktə | mənbəni redaktə et]

Dünya Neft Şurası və Azərbaycan Milli Neft Komitəsi İdarə Heyətinin, Enerji Xartiyası Sənaye Məsləhət Şurasının, SOCAR-ın Yataqların Ehtiyatlarının Hesablanması üzrə Mərkəzi Komissiyanın, Yataqların İşlənməsi üzrə Ekspert Komissiyasının üzvü, SOCAR-ın Elmi-Texniki Şurasının koordinatoru, Azərbaycan Respublikası Təhsil nazirliyinin Neft qaz institutunun Elmi Şurasının, SOCAR-ın Neftqazelmitədqiqatlayihə institutunun Elmi Şurasının üzvüdür. Rusiyanın "Neftepromıslovoe delo", "Azərbaycanda Geofizika Yenilikləri" və "Azərbaycan Neft Təsərrüfatı" jurnallarının redaksiya heyətinin üzvü, SOCAR-ın "Açıq Mətbuatda xidməti istifadə üçün" qrifi ilə nəşrə hazırlanan materialların ekspertizası üzrə Ekspert Komissiyasının sədridir

Təhsili və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nazim Aslan oğlu Vəliyev 1977–1982 Azərbaycan Dövlət Neft Akademiyasında (keçmiş "Azərbaycan Neft və Kimya institutu"nda), 1998–2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

115 elmi işin, o cümlədən dərc edilmiş 102-dən çox elmi məqalə, kitab, ixtira, və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. 1990-cı ildə "Texnika elmləri namizədi" elmi adını almış, 2015-ci ildə Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru[5] və Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru adlarını almış, "Caspian European Club"-un "Caspian Energy Award — 2015" mükafatına layiq görülmüşdür[6]. Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvüdür[3], 2016-cı ildə Dosent, 2017-ci ildə isə Professor elmi adını almışdır.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

N. Vəliyev hələ orta məktəbdə oxuduğu vaxtlardan poeziyaya maraq göstərmişdir. "Neftçi" ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri respublika qəzetlərinin səhifələrində müntəzəm dərc olunur. "Sənsiz yaşamağa dəyməz" (Bakı, "Azərbaycan", 2000)[7] və "İzin qalacaq" (Bakı, "Yazıçı", 2011) adlı 2 şeir kitabı nəşr edilmişdir.

  • "Qızıl qələm" mükafatı (2003);
  • "Tərəqqi" medalı (2008)[8];
  • "Azərbaycan Respublikasının əməkdar mühəndisi" Fəxri adı (2011)[9].
  • "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı (2013)
  • 3-cü dərəcəli "Əmək" ordeni[10];
  • "Zeynalabdin Tağıyev" adına medal (2022)[11]
  • Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz Medalı (2023);
  • Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Avropa Xidməti Ordeni (2023);
  • Digər bir sıra diplomlar və keçmiş "SSRİ Neft Sənayesi Nazirliyi"nin və SOCAR-ın fəxri fərmanları.
  1. Влияние закачки воды и темпа отборов жидкости на показатели разработки 1-го горизонта ПТ месторождения Кюровдаг. Азерб. Нефт.хоз-во. № 12,1986;
  2. Изучение влияния процесса заводнения на добычу нефти на основе эволюционного моделирования. Азерб. Нефт.хоз-во. № 8,1987;
  3. Исследование влияния темпа закачки воды и отбора жидкости на добычу нефти на основе статистических моделей. Материалы IV научно-технической конференции МУиС, Баку, 1988;
  4. О режиме упругости притяженных (связанных) газов нефтяных залежей. Материалы IV научно-технической конференции МУиС, Баку, 1988;
  5. Изучение влияния различных систем заводнений основные показатели разработки неоднородного пласта, Азерб. Нефт.хоз-во. № 7,1989;
  6. Изучение влияния темпа закачки воды и темпа отборов жидкости на основные показатели разработок на основе комплексного использования различных статистических методов. Нефт.хоз-во. № 7,1989;
  7. Особенности разработки залежей нефти с неньютоновскими свойствами на месторождениях Куринской впадины. Журнал "Экспр. Информация" Вып.9,1990;
  8. Об установлении числа новых скважин в залежах и путях снижения ошибки риска при их размещении, Азерб. Нефт.хоз-во. № 4, 1991;
  9. Исследования влияния параметров пласта и показателей разработки на нефтеотдачу с применением классификационных методов, Азерб. Нефт.хоз-во. № 4,1991;
  10. Методическое руководство МНП по определению влияния геолого – технологических показателей на нефтеотдачу на основе классифиционных методов. МР МНП, 1990;
  11. Некоторые вопросы разработки нефтяных залежей, связанные с режимом притяженных газов. Азерб. Нефт.хоз-во. № 8, 1991;
  12. Выявление недренируемых зон залежи и пути вовлечения их в активную разработку. Материалы VII научно-технич. Конференции МУиС , Баку 1992;
  13. К вопросу определения целесообразности уплотнения сетки скважин в залежах, находящихся в разной стадии разработки. Азерб. Нефт.хоз-во. № 2–3, 1992;
  14. Диагностирование эффективности изменения режима работы скважин. Азерб. Нефт.хоз-во. № 11–12, 1992;
  15. Методология выявления слабодренируемых и застойных нефтяных зон залежи и вовлечения их разработку. Азерб. Нефт.хоз-во. № 1–2,1995;
  16. Выявление оптимального режима темпа отбора жидкости скважин на основе исследования системы пласт-скважина. Азерб. Нефт.хоз-во. № 11–12, 1996;
  17. Одновременный прием попутного газа из морских месторождений Гюнешли и Чыраг и транспорт его на берег. Азерб. Нефт.хоз-во. № 8, 2004;
  18. Экспериментальные данные о новом режиме нефтяных залежей. Журнал "Нефть.Газ.Промышленность", Санкт-Петербург. № 2,2004;
  19. Каспийский шельф: Взгляд из Азербайджана. Нефть.Газ.Промышленность", Санкт-Петербург. № 12,2004;
  20. Neftçıxarmada Nanotexnologiyalar: sistemlik, qeyri-tarazlıq, sinergetika. Xəzərneftqaz 2008;
  21. Üfüqi quyuların bəzi xüsusiyyətləri haqqında. Azərbaycan Neft Təsərrüfatı, № 8–9,2009;
  22. Методология управления рисками инвестирования в промышленности, Azərb. Mühəndislik Akad.xəbərləri., cild № 1, 2010;
  23. Исследование комплексного действия ПАВ и магнитного поля на парафиноотложение и коррозию.2010;
  24. Qaz hidratları üçün qlikollar əsasında yeni yerli inhibitor. Azərbaycan Neft Təsərrüfatı, № 11,2011;
  25. Estimamating active gas in underground gas storages subject to adsorptional properties of a reservoir and interformational gross flow conditions. AMEA, Riyaziyyat və mexanka institutu , Bakı 2010;
  26. Системный подход при оценке форсированного отбора жидкости из залежи. Азерб. Нефт.хоз-во. № 6–7,2011;
  27. Особенности алгоритмизации при моделировании работы глубинных насосов.Азерб. Нефт.хоз-во. № 9,2014;
  28. Исследование процесса вытеснения газоконденсатной смеси водой в сложно деформированных коллекторах. 2017;
  29. Научно-практические основы повышения конкурентоспособности продукции нефтяного машиностроения, книга;
  30. Neft avadanlıqlarının dinamikası və möhkəmliyi. Kitab.2016;
  31. An Algorithm To Predict Indicators Of The Light Oil-Water Displacement Process In Relaxation-Deformable Formations 2020 Baku;
  32. Интенсификация отбора нефти из истощённых месторождений с применением нанотехнологий Нефтепромыслов.дело. 2021;
  33. Neft Daşları yatağında suvurma prosesinin mühitin aqressivlik göstəricilərinə təsirin tədbiqi. Neft.təsər. Jurnalı 2022.
  34. Computer-aided simulation of well-reservoir system under perıodıc sucker-rod pumpıng mode, 2023
  1. Diplom KD № 029430 (SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komitəsinin qərarı ilə)
  2. Diplom AD № 0897 (Rusiya Federasiyasının Ali Təhsil Müəsisələri Assosiyası və YUNESKO-nun təsis etdiyi Beynəlxalq Akademik Akkreditasiya və Attestasiya Komitəsinin qərarı ilə, Moskva ş.)
  3. 1 2 3 "Akademiyanın Ümumi yığıncağının 15.05.2015 tarixli, 9 saylı Qərarı". 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.
  4. Diplom DS № 05591
  5. 1 2 "МАААК. Список Дипломантов". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-14.
  6. ""Caspian European Club" 12-ci dəfə "Caspian Energy Award - 2015" mükafatını təqdimetmə mərasimini keçirmişdir". 2019-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
  7. Nazim Aslan, "Sənsiz yaşamağa dəyməz". Şerlər /M. F. AXUNDOV ad. Azərbaycan Milli Kitabxanasında/, 983-cü ədəbiyyat Arxivləşdirilib 2012-11-02 at the Wayback Machine
  8. Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18.09.2008 tarixli № 3049 saylı Sərəncamı
  9. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar Mühəndis" fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.09.2011 tarixli 1740 saylı Sərəncamı". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-14.
  10. "Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2017 tarixli Sərəncamı". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  11. "Mükafatın təqdim edilmə mərasimi". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.