Nazim İbrahim oğlu Cəbrayılov (2 mart 1949, Ağdam – 18 aprel 1994, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Nazim Cəbrayılov | |
---|---|
Nazim İbrahim oğlu Cəbrayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Qarabağ Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Atası | İbrahim Cəbrayılov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1988-1994 |
Rütbəsi | Kapitan |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Nazim Cəbrayılov 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirən Nazim Cəbrayılov 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Ali təhsilini bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib.
Daha sonra Kalininqrad Milis Məktəbində oxuyan Nazim Cəbrayılov ikinci ixtisas diplomu alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdıb və 2711 nömrəli hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb.
1988-ci ilin Ermənistanın Azərbaycan torpaqlarına hücumundan sonra baş leytenant Nazim Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb. O, Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib.
1994-cü il aprelin 13-də Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. 1994-cü ilin 18 aprelində Nazim Cəbrayılov və onun əsgərləri döyüşdə şəhid olublar.[1]
Şəxsi şücaət və qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Nazim İbrahim oğlu Cəbrayılov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.[2]