Nazim Məmmədov (iqtisadçı)

Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1] deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi.

Nazim Bəydəmirli
Şəxsi məlumatlar
Doğum adı Məmmədov Nazim Hüseyn oğlu
Doğum tarixi 4 may 1963(1963-05-04) (61 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Voronej Dövlət Aqrar Universiteti[d]
Fəaliyyəti iqtisadçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur.

Təhsili və elmi-pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır.

Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.

1982–1984-cü illərdə hərbi xidmətdə olmuşdur

Sahibkarlıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Nazim Bəydəmirli "Amerikanın səsi"nə müsahibə verərkən. 11 iyul 2016-cı il.[2]

1993–1999-cu illərdə Rusiya Federasiyasının Lipetsk şəhərində "Kapital X" MMC-nin baş direktoru, 1996-cı ildən "İmperial LTD" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olmuşdur. 2000-ci ildən Bakı şəhərində "Qlobal Kaspian LTD" şirkətinin prezidenti, 2003–2005-ci illərdə "Binapmetal" MMC-nin baş direktoru vəzifələrində çalışmışdır. 2010-cu ildən sahibkarlıq fəaliyyətini davam etdirir "BAYDAMİRLİ HOLDİNG"-in sahibidir, həm də sahibkarlıq sahəsində qanunvericiliyin və idarəetmənin təkminləşdirilməsi ilə bağlı təkliflərlə KİV-də mütamədi çıxış edir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil namizəd olaraq millət vəkili seçilmişdir. Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-İndoneziya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Niderland, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Hal-hazırda cəmiyyətin maariflənməsi üçün müxtəlif platformalarda içtimai əhəmiyyətli məsələlərlə bağlı fəaliyyətini davam etdirir. Siyasi məqsədlərindən asılı olmayaraq Azərbaycanda qanuni fəaliyyət göstərən siyasi partiyalarla (iqtidar, müxalifət), QHT və içtimai birliklərlə əməkdaşlığını davam etdirir.

Evlidir, 2 övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]