Nazim Məmmədov (general-leytenant)

Nazim Xeyrulla oğlu Məmmədov (8 oktyabr 1951, Ordubad26 avqust 2022) — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (2007–2018), gömrük xidməti general-leytenantı (2010), daxili xidmət general-leytenantı (2018).

Nazim Məmmədov
6 iyul 2018 – 26 avqust 2022
NazirKəmaləddin Heydərov
28 dekabr 2007 – 6 iyul 2018
SədrAydın Əliyev
Səfər Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 8 oktyabr 1951(1951-10-08)
Doğum yeri
Vəfat tarixi 26 avqust 2022(2022-08-26) (70 yaşında)
Təhsili
Fəaliyyəti gömrük məmuru
Rütbəsi
Daxili xidmət general-leytenantı

Gömrük xidməti general-leytenantı

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Məmmədov Nazim 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976–1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışmışdır. 1999-cu ildə isə Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmişdir.

Ailəli idi, 3 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli 2607 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini təyin olunmuşdur.[1]

Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 289 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsindən azad edilmişdir.[2] O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 290 nömrəli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilmişdir.[3]

2022-ci il yanvarın 21-də səhhətindəki ciddi problemlərlə əlaqədar vəzifəsindən kənarlaşdırılıb[4]. 26 avqust 2022 tarixində dünyasını dəyişib[5]

Nazim Məmmədov 28 yanvar 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 605 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[6]

31 yanvar 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2644 nömrəli sərəncamı ilə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilmişdir.[7]

26 yanvar 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 704 nömrəli sərəncamı ilə ona gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.[8]

Nazim Məmmədov 24 yanvar 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1974 nömrəli sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[9]

Nazim Məmmədov 3 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 252 nömrəli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[10]

16 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 238 nömrəli sərəncamı ilə ona daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.[11]

  1. "N. X. Məmmədovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  2. "N. X. Məmmədovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  3. "N. X. Məmmədovun Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  4. "Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  5. "Fövqəladə hallar nazirinin müavini vəfat etdi". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  6. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  7. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  8. "N.X.Məmmədova gömrük xidməti general-leytenantıali xüsusi rütbəsinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  9. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  10. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  11. "N. X. Məmmədova daxili xidmət general-leytenantı ali xüsusi rütbəsinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.