Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2006–2018), gömrük xidməti general-polkovniki.
Aydın Əliyev | |
---|---|
6 fevral 2006 – 23 aprel 2018 | |
Prezident | İlham Əliyev |
Baş nazir | Artur Rasi-zadə |
Əvvəlki | Kəmaləddin Heydərov |
Sonrakı | Səfər Mehdiyev |
18 fevral 1999 – 6 fevral 2006 | |
Sədr | Kəmaləddin Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 may 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi |
Gömrük xidməti general-polkovniki |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.
1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.
1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.
6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.
27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.[1]
23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəsindən azad edilib.
Ailəlidir, 2 övladı var.[2]
25 may 2017-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3]