Nazim Paşa Quliyev

Nazim Paşa Quliyev (1950, Naxçıvan) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, ictimai xadim, bəstəkar, pedaqoq.

Nazim Paşa Quliyev
Nazim Paşa Quliyev
Ümumi məlumatlar
Doğum tarixi (74 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pedaqoq
Fəaliyyət illəri 1965 ci ildən
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2000

Nazim Paşa oğlu Quliyev 1950-ci il sentyabr ayının 20-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Nazimin atası Paşa Quliyev dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. Paşa Quliyev erkən yaşlarında valideynlərini itirsə də, təhsilini davam etdirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur. Ali təhsili başa vurduqdan sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutunda tarix müəllimi işləmişdir. O dövrdə Vilayət Partiya komitəsinin birinci katibi Naxçıvan İkiillik Müəllimlər İnstitutuna gələrək onun fəaliyyətini yüsək qiymətləndirmiş və Paşa Quliyevi Vilayət Partiya Komitəsinin sektor müdiri vəzifəsinə təyin etmişdir. Daha sonralar Paşa Quliyev Ümmittifaq Partiya Məktəbində təhsil almaq üçün Moskva şəhərinə göndərilir. Üç il əyani təhsil aldıqdan sonra Moskvadan qayıdan Paşa müəllim sonralar Naxçıvan MSSR-da maarif naziri və bir sıra vəzifələrdə işləyib. Nazimin anası Rəna xanım Qardaşbəyova Hacı qızı, XIX əsrin tanınmış şairi, din xadimi, alimi olan Mir Həmzə Nigari nəslindən olan Mir Fəttah ağa ibn Mir Qafarın nəvəsidir. Mir Fəttah ağa XIX əsrin ikinci yarısında Zəngəzur mahalının (indiki Laçın rayonu) Cicimli kəndindən Naxçıvanın Culfa rayonunun Milax kəndinə gəlir və burada ailə həyatı qurur. Mir Fəttah ağanın ocağını insanlar şəfa tapmaq üçün bu gün də ziyarət edir. Bu şəcərə haqqında dövrümüzdə tərcümə olunub nəşr olunan 19-cu əsr sufi şairi Mir Həmzə Nigari haqqında olan “Hümayi-ərş” (müəllifi Mustafa Fəxrəddin Ağabali) Azərbaycan dilində olan kitabının 333-cü səhifəsində ətraflı məlumat verilmişdir. Qeyd etmək lazımdır ki, bu nəsil şəfqətli ocaqları ilə məşhurdur.

Nazim Paşa Quliyev ailəlidir, 3 qız övladı, 6 nəvəsi vardır. 3-cü qızı A.Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsini fərqlənmə diplomu ilə bitiririb. Lakin musiqiçi fəaliyyətini davam etdirmir, həkimdir. Həyat yoldaşı Fatma xanım Quliyeva musiqiçidir. Hazırda Respublika İncəsənət Gimnaziyasının Nəzəriyyə şöbəsində Musiqi nəzəriyyəsi üzrə müəllim işləyərək gənc musiqiçilərin yetişməsində müstəsna xidmətlər göstərərək neçə-neçə musiqiçi nəslin yetişməsində Azərbaycan mədəniyyətinə öz töhfəsini verməkdədir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk musiqi təhsilini Naxçıvan şəhər Pioner və Məktəblilər evinin tar dərnəyində alan Nazimin ilk müəllimi Səfər Rəcəbov olmuşdur. Daha sonra təhsilini davam etdirən Nazim, Naxçıvan 1 saylı şəhər musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. Hələ musiqi məktəbində oxuduğu illərdə balaca musiqiçi, qəlbində rövnəqlənən kiçik əsərlərini musiqili barmaqları ilə notlara köçürür və ilk kiçik həcmli əsərlərini ərsəyə gətirmişdir.

Gənc musiqiçi, həm də Naxçıvan şəhər Pioner və Məktəblilər evinin "Əlvan çiçəklər" Mahnı və Rəqs ansamblının konsertmeysteri kimi fəaliyyət göstərirdi. Musiqiyə olan sonsuz həvəsi və bağlılığı, hətta atasının etirazına baxmayaraq onu arzularının dalınca getməkdən çəkindirmir. Paşa Quliyev tarixçi olduğundan və tarix üzrə görkəmli alimlər yetişdirdiyindən oğlunu musiqiçi kimi yox, tarixçi kimi görmək istəyirdi. Lakin buna baxmayaraq Nazim 1968-ci ildə xəyallarının ardınca çiynində ömür sirdaşı olan tarı ilə ona yad olan böyük şəhərə - Bakıya gəlir. Azərbaycan Teatr İnstitutunun yataqxanasında qalaraq imtahanlara hazırlaşır (burada o, 9 il yaşayır). Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olur. Bu musiqi ocağında bir sıra adlı-sanlı müəllimlər, gözəl muğam bilicilərindən dərs alır. 1971-ci ildə Nazim Quliyev əməyinin ilk uğurunu qazanaraq, Bakı şəhərində keçirilən "Oxu, tar" müsabiqəsinə təqdim etdiyi "And içmə" mahnısına görə birinci dərəcəli diploma layiq görülür. Həmin mahnı bir müddət sonra münsiflər heyətinin üzvü, Xalq artisti İslam Rzayevin ifasında SSRİ Dövlət Səsyazma Evində lentə alınır. Gənc bəstəkar əzmlə çalışaraq, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs Ansamblında tarzən kimi çalışır. Elə bu illərdə Nazim təyinatla doğma Naxçıvan torpağına, Ordubad şəhər uşaq musiqi məktəbinə müəllim göndərilərək, daha sonra Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində musiqi redaktoru vəzifəsində işləyir. Nazim Quliyevin təşəbbüsü və təşkilatçılığı sayəsində 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan təşkilatı yaradılır. Onun fəaliyyəti nəticəsində Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan tarzən, pedaqoq Səfər Rəcəblinin adı Naxçıvan şəhər 3 saylı uşaq musiqi məktəbinə, bəstəkar, pedaqoq Məmməd Məmmədovun adı Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktəbinə verilir.

Nazim Quliyevin professional musiqiçi olmaq, böyük arenalara çıxmaq xəyalı onu 1978-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. Bu ali musiqi ocağında görkəmli pedaqoq, bəstəkar, xalq artisti, professor Səid Rüstəmovun sinfində oxumaqla yanaşı, bəstəkar Afaq Cəfərovadan bəstəkarlıq dərsləri almışdır. Yaradıcılıq fəaliyyətini davam etdirərək bu illərdə yazdığı fortepiano üçün "6 miniatür", " 9 prelüd", "Variasiyalar", "Nəqşi-cahan" süitası, B.Vahabzadənin sözlərinə bəstələnmiş "Səninlə", M.Arazın sözlərinə "Dağlar küsüb" romanslarını, M.P.Vaqifin sözlərinə "Adını demərəm", Aşıq Ələsgərin sözlərinə "Çərşənbə günündə" , A.Qasımovun sözlərinə "Ordubad bağları" və bir sıra mahnılar, kamera-instrumental əsərlər onu məşhurlaşdırır.

Konservatoriyanı bitirdikdən sonra təyinatla Naxçıvan orta ixtisas musiqi məktəbində müəllim işləyir, eyni zamanda bu illərdə yeni yaradılmış Naxçıvan Dövlət Filarmoniyasının ilk bədii rəhbəri təyin olunur. 1987-ci ildə Nazim Quliyevin təşəbbüsü ilə Naxçıvan Xalq Konservatoriyası yaradılır və o, Konservatoriyanın rektoru təyin olunur. 1988-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda "Musiqi və təsviri incəsənət" kafedrası yaradılır və Nazim Quliyev kafedra müdiri seçilir. 1998-ci ildə N.Quliyev Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatının sədri vəzifəsinə təyin olunur. Bu illər Nazim Quliyev Naxçıvan Dövlət Universitetində Konservatoriya ixtisaslarının yaradılması üçün bazanın yaradılmasına nail olur. 1998-ci ildə onun təşəbbüsü və fəaliyyəti sayəsində Naxçıvan Dövlət Universitetinin qəbul planına Konservatoriya ixtisasları daxil edilir və Universitetdə Konservatoriya ixtisasları üzrə kafedra yaradılır.

Bakı şəhərinə köçdüyündən M.Maqomayev adına Dövlət Filarmoniyasının direktor müavini, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru vəzifələrində çalışır. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub. 2004-2006-cı tədris illərində Azərbaycan Mill Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru vəzifəsində çalışıb. Hazırda həmin gimnaziyanın müəllimidir.

Nazim Quliyev bir sıra müsabiqələrin qalibi və münsiflər heyətinin üzvü olmuşdur. O, 200-dən artıq iri və kiçik həcmli əsərlərin müəllifidir.

Əsərləri Azərbaycan Bəstəkarlar İttifaqının qurultay və plenumlarında görkəmli kollektivlər və ifaçılar tərəfindən ifa olunmuşdur.

Mahnı və romansları

[redaktə | mənbəni redaktə et]
  1. "And içmə" (söz. Y.Həsənbəy) 1965
  2. Adını demərəm (söz. M.P.Vaqif) 1972
  3. Gizlətmə gözlərini (söz. H.Valeh) 1972
  4. Heyf (söz. B. Vahabzadə)1975
  5. Nəqşi cahan (söz. E.Maqsudov) 2002
  6. Dağlar küsüb (söz. M.Araz) 2002
  7. Ellər, ay ellər!.. (söz. H.Cavid) 2003
  8. Sən dərsə gəlməyəndə (söz. H.Arif) 2006
  9. Qaçma, dayan!.. (söz. A. Şaiq) 2007
  10. Çərşənbə günündə (söz. Aşıq Ələsgər) 2010
  11. Ordubad (söz. A.Q.Ordubadi) 2017
  12. Ah, bu məhəbbət!.. (söz. U.Şekspir) 2017
  13. Zəngilan (söz. Zəngilanlı) 2017
  14. Dilin işidir (söz. M.Müşfiq) 2018
  15. Gör, kimi sevdin!.. (söz. H.Arif) 2018
  16. Qalacağıq yana-yana (söz. Z.Quliyev)2018
  17. Səsinə qurban olum! (söz. N.Paşa) 2018
  18. Yavrum, adın nədir? (söz. Hüseyn Cavid) 2018.
  19. Sirab (söz. R.Rəvan) 2019.
  20. Səsinə qurban olum (söz. N.Paşa) 2019.
  21. Salam, əsgər (söz. N.Paşa) 2020.

Kamera və instrumental əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. "Sonatina" (fortepiano üçün), 1978
  2. "Cavidi düşünərkən" (kamera orkestri üçün), 1980.
  3. "Səni kim unudar?" (tar və fortepiano üçün), 2015.
  4. "Lirik rəqs" (qoboy və fortepiano üçün), 2016.
  5. "Qızlar bulağı" (tar və fortepiano üçün), 2017.
  6. "İgidlərin rəqsi" (tar və fortepiano üçün), 2017.
  7. "Lay-lay" (4 balaban üçün), 2018.
  8. "Hüseyni" (kamança və fortepiano üçün), 2020.
  9. "Ata" (poema) (kamança və fortepiano üçün), 2020.
  10. "Şuşa qaytağısı" (instrumental ansambl üçün), 2020.

Xalq Çalğı Alətləri və Simfonik Orkestri üçün əsərləri

[redaktə | mənbəni redaktə et]

1. "Lirik rəqs", 1965

2. "Qaytağı", 1966

3. "Nəqşi-cahan" suitası (3 hissəli), 1971

4. "Naxçıvan" kantatası, 1975

5. "Düşüncə", 1979

6. "Naxçıvan şikəstəsi" (xanəndə və xalq çalğı alətləri orkestri üçün), 2018

7. "Ədalətsiz kaman" (kaman və simfonik orkest üçün), 2002

8. "Nəqşi-cahan" konserti (3 hissə - Tar və simfonik orkestr üçün), 2003

9. Üvertura (Simfonik Orkestr üçün), 2018

10. "Azərbaycan" kantatası (Solist, xor və simfonik orkestr üçün), 2019

11. "Laçın şikəstəsi" (xanəndə və simfonik orkestr üçün), 2020

  1. "Xocalı" operası, 2013
  1. "Nəqşi-cahan" baleti, 2014
  1. “Многоголосие в Aзербайджанской профессиональной народной музыке”. Методическая разработка, 1990
  2. Tar üçün qamma və arpeciolar, 1992
  3. Bəstəkar Məmməd Məmmədov. 1998
  4. Saçlar ağarmasın, neyləsin?, 1998 (Bəstəkar Rəşid Məmmədov haqqında)
  5. Naxçıvan musiqi mədəniyyəti tarixindən – XX əsr (1999).
  6. "Görkəmli ustad Səfər Rəcəbli - 100", 2015
  7. "O, hansı məkandır?" (tarzən, bəstəkar Vahid Axundov haqqında), 2017
  8. "Məmməd Nəsirbəyov - 120". 2017
  9. 4 Metodik tövsiyə
  10. "Ali məhəbbət" şeirlər məcmuəsi (əlyazma), 2020.
  1. Afət SADIQOĞLU “Xalq qəzeti” Milli dəyərlərimizi yaşadan əsərlər 11.04.2016
  2. https://sozmusiqi.wordpress.com/az/composer/nazim-quliyev/
  3. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=363
  4. http://composers.musigi-dunya.az/az/composers_q.html
  5. https://ona.az/az/medeniyyet/firengiz-elizade-beli-toy-mugennisi-efire-cixmamalidir-musahibe-2441

https://www.youtube.com/watch?v=Du9MVCe4KZo

https://www.youtube.com/watch?v=LV7LYxTUfxA

https://www.youtube.com/watch?v=0UJdieVwxuY

https://www.youtube.com/watch?v=I9LMvdcKNdU