Nazir Əsədov (Nazir Nəbi oğlu Əsədov; d. 9.04.1950,Qovuşuq kəndi, Dərələyəz rayonu — v.10.06.2014) — elm xadimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dosenti, Tarix fakültəsinin dekanı.[1]
1950-ci ildə Ermənistanda müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur.
1972-ci ildə ADPU-nun Azərbaycan tarixi kafedrasında müəllim,Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Azərbaycan tarixi" kafedrasında dosent, tarix fakültəsində dekan əvəzi vəzifəsində çalışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən F. D.02.061 Dissertasiya Şurasının üzvü.
1983-cü ildə "İnkişaf etmiş sosializm dövründə Azərbaycan SSSR-nin Gürcüstan və Ermənistan SSR-ləri ilə iqtisadi əməkdaşlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
"Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə" 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olmuşdur.
Zaqafqaziya sənaye işçilərinin iqtisadi əməkdaşlığına dair (1966–1971-ci illərdə)//Azər.ali məktəb aspirantlarının I respublika elmi konfransının tezisləri. B., 1978, 0,2 ç.v
Azərbaycan SSR-in Gürcüstan və Ermənistan SSR kənd əməkçiləri ilə iqtisadi əməkdaşlıq tarixindən (1966–1970-ci illər)//Azər.ali məktəb aspirantlarının II respublika elmi konfransının tezisləri. B., 1979, 0,1 ç.v
Azərbaycan SSR-in Gürcüstan və Ermənistan respublikaları ilə iqtisadi əməkdaşlığı (1971–1975-ci illər)//Azər.ali məktəb aspirantlarının III respublika elmi konfransının tezisləri. B., 1979, 0,9 ç.v
Azərbaycan çayçılarının Gürcüstan çayçıları ilə əməkdaşlığı (1966–1975-ci illərdə)//V. İ. Lenin adına APİ-nin 60 illiyinə həsr olunmuş aspirant və dissertantların elmi konfransının materialları. Bakı, 1982, səh. 3–8
Zaqafqaziya respublikaları energetiklərinin qarşılıqlı əlaqələri (1966–75-ci illər)// Elmi-tədqiqat V. İ. Lenin adına APİ-nin 50 illiyinə həsr olunmuş aspirant və dissertantların elmi konfransının materialları. Bakı, 1983, 6 ç.v.
SSRİ xalqlarının dostluğu sovet cəmiyyətinin hərəkətverici qüvvəsidir. Nəzəri məsələ. Tarix, ictimaiyyət, coğrafiya tədrisi. Jurnal № 1, 1983,1 ç.v.
Azərbaycan neft sənayesinin bərpası (1921–1925-ci illər). Elmi-tədqiqat Azərb.tarixi problemləri üzrə gənc tədqiqatçıların I respublika elmi konfransının məruzələri. B., 1991, səh. 107–109
Azərbaycanda yeni iqtisadi siyasətə keçidin çətinlikləri//Pedaqoji Universitetin "Xəbərləri" Humanitar elmlər seriyası. № 2, 1994, s. 164–168
Dağlıq Qarabağ Muxtar Vilayətinin sənayesi (1980–1988-ci illər)// ADPU-nun 61-ci elmi konfransının materialları. II bur., B.,2001, səh.31–32
Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafı (1980–1988-ci illər)//"Qarabağ dünən, bu gün, sabah". B., 2002, I Ümumrespublika elmi əməli konf.tezisləri., səh.135–137
Azərbaycanın ərazi bütövlüyünün pozulması təhlükəsi//ADPU-nun 62-ci elmi konfransının materialları. B.,2002, səh.45–46
Rusiya tərəfindən ermənistan Demokratik Respublikası və Ermənistan SSR-nin yaradılması//Pedaqoji Universitetin "Xəbərləri". N. Tusinin anadan olmasının 800 illiyinə həsr olunmuş elmi konf. materialları. B., 2002, səh. 212–218
Azərbaycan xilafət əlaqələri//metodik vəsait//Pedaqoji Universitetin "Xəbərləri" № 1–2, B., 2003, səh.128–132
Dağlıq Qarabağ probleminin dinc yolla həlli (1993–1997-ci illər)//"Qarabağ dünən, bu gün, sabah" II hissə, B., 2003, II Ümumrespublika elmi-əməli konf. materialları. səh.171–174
Naxçıvan Azərbaycanın tarixi diyarıdır//Pedaqoji Universitetinin Xəbərləri, № 3, B., 2003, səh. 559–564, M. Əmrahov, N. Əsədov
Qərbi Azərbaycanın toponimlərinin tədqiqi//Pedaqoji Universitetinin Xəbərləri, № 3, B., 2003, səh.238–240
İraq Respublikası ilə Azərbaycan SSR-nin əməkdaşlığı//ADPU, "Xəbərlər" humanitar elmlər seriyası № 6, 2011