Qovuşuq (Dərələyəz)

QovuşuqDərələyəz mahalında kənd.

Qovuşuq
39°52′46″ şm. e. 45°25′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.720 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 180 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qovuşuq xəritədə
Qovuşuq
Qovuşuq

Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq[2], erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında[3] qeyd edilmişdir.

Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir[4].

Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.

Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər[6], 1987-ci ildə 800 nəfər[7] yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim qıpçaq türk tayfasından olan qov etnoniminə[8] -uş və -uq şəkilçilərinin artırılması ilə düzəlmişdir.

Qov türk etnonimi Sabirabad, Tovuz rayonlarındakı Qovlar, Xanlar rayonundakı Qovlarsan toponimlərində öz əksini tapır[9]. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Yermon qoyulmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

1988-ci ilə qədər azərbaycanlılar

1941/45-də həlak olanlar

[redaktə | mənbəni redaktə et]

Abbasov Həsən D… oğlu, Abdullayev Ağəli Süleyman oğlu, Bayraməliyev Heydar İbrahim oğlu, Bağırov Lətif Bağır oğlu, Əsgərov Məmməd Xəlil oğlu, Rüstəmov Kamil İsmayıl oğlu, Muradov Surxay Məmməd oğlu, Muradov Mirzə Camal (Zaman) oğlu, Məmmədov Ağabəy Əsəd oğlu, Məmmədov Həsən Əsəd oğlu, Məmmədov Sarı Alı oğlu, Namazov Mahmud Əli oğlu, Nəcəfov Salman Şirin oğlu, Hümbətov Abdulla Əkbər oğlu, Hümbətov Firudin Ələkbər oğlu, Xudaverdiyev Vəli Rəhim oğlu,

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Həsən Mirzəyev - filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar elm xadimi, professor.
  • Vüqar Əsgərov - AMEA "Respublika Xatirə Kitabı" redaksiyasının böyük redaktoru, yazıçı, publisist.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.138
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.92
  4. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, «Haypetrat», 1955, s.64
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.92-93, 160-161
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.93, 161
  7. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995, s.356-357
  8. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990, s.55
  9. Əhmədov T.M. El-obamızın adları, Bakı, «Gənclik>, 1984, s.46