Nebelwerfer

10 cm NbW 40

Nebelverfer (ing. Smoke Mortar, azərb. Tüstü minaatanı‎)İkinci Dünya Müharibəsi zamanı almanların istifadə etdiyi minaatan topu. Onlar əvvəlcə Wehrmachtın “tüstü qoşunlarına” (Nebeltruppen) hazırlanmış və onların istifadəsi üçün təyin edilmişdirlər. Onun məqsədi tüstü bombalarını atmaqdır. Onlar 15 sm-lik tüstü bombalarından istifadə edirdilər. Nebelverfer üçün əvvəldən yüksək dağıdıcılıq qüvvəsi olan mərmilər hazırlansa da, onlar ilk növbədə zəhərli qaz və tüstü mərmilərini dağıtmaq üçün nəzərdə tutulmuşdurlar. Əvvəlcə 15 ilə 32 santimetr arasında dəyişən müxtəlif reaktiv yaylım atəşi sistemləri ilə əvəz edilməzdən əvvəl iki fərqli minaatan döyüş meydanlarına cəlb edilmişdir. Raketlərin nazik divarları eyni çəkidə olan artilleriya və hətta minaatan mərmilərindən daha böyük miqdarlarda qaz, maye və ya yüksək partlayıcı materialın atılmasına imkan verməklə böyük üstünlüyə malik idi. Nebelverfer, Balkan Cəbhəsi istisna olmaqla, İkinci Dünya Müharibəsi illərində Alman ordusunun hər bir hərbi əməliyyatında istifadə edilmişdir. Müttəfiqlərin bombardmançılarına qarşı havadan havaya istifadə üçün sistemin məqsədəmüvafiq olaraq uyğunlaşdırılmış 21 sm kalibrli versiyası da mövcud olmuşdur.

15 sm kalibrli Nebelverfer 41

[redaktə | mənbəni redaktə et]

Raketin inkişafına 1920-ci illərdə başlanılmış və otuzuncu illərin sonlarında əziyyətlər öz nəticəsini vermişdir. Qoşunlara verilmiş olan ilk silah 1940-cı ildə baş vermiş olan Fransa kampaniyasından sonra, qaz, tüstü və yüksək partlayıcılıq xüsusiyyətlərinə malik olan döyüş başlıqları ata bilən xüsusi təyinatlı raket olan 15 sm-lik Nebelverfer 41 idi. Müharibə zamanı təxminən beş milyon yarım 15 sm-lik raket və 6000 buraxıcı qurğu istehsal edilmişdir.

21 sm kalibrli Nebelverfer 42

[redaktə | mənbəni redaktə et]

1942-ci ildə təqdim edilən 21 sm-lik Nebelverfer 42 raketi daha kiçik 15 sm-lik raketdən daha uzun bir döyüş mənzilinə (7850 metr) və daha sadə dizayna malik idi. O, yalnız yüksək dağıdıcılıq qabiliyyəti olan döyüş başlıqları ilə hazırlanmış və daha kiçik silah (15 sm Nebelwerfer 41) ilə eyni avtomobildən istifadə edən beş borulu buraxıcı qurğudan atışlar həyata keçirirdi. O, həmçinin Luftwaffe tərəfindən 1943-cü ildə Werfer-Granate 21 olaraq Müttəfiq bombardmançılarını məhv etmək üçün uyğunlaşdırılmışdır. Dörd yüz mindən çox raket və 1400 buraxıcı qurğu hazırlanmışdır.

30 sm kalibrli Nebelverfer 42

[redaktə | mənbəni redaktə et]

Sonuncu Alman dizaynlı raket 1943-cü ildə istehsal edilmiş olan 30 sm uzunluğundakı Nebelverfer 42 idi. Bu raket çox qısa mənzilli 28 və 32 sm-lik raketləri əvəz etmək üçün nəzərdə tutulmuşdu. Müharibə zamanı iki yüz mindən az raket və 700 buraxıcı qurğu istehsal edilmişdir.

Müqayisə edilə biləcək digər sistemlər

[redaktə | mənbəni redaktə et]