Necmiye Paqaruşa (alb. Nexhmije Pagarusha 7 may 1933 – 7 fevral 2020, Priştina) — Yuqoslaviyadan olan kosovolu müğənni və aktrisa (etnik Kosovo albanı), çox vaxt "Alban musiqisinin kraliçası" adlanırılırdı.
Necmiye Paqaruşa | |
---|---|
Doğum tarixi | 7 may 1933 |
Vəfat tarixi | 7 fevral 2020 (86 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktrisa, opera müğənnisi |
Fəaliyyət illəri | 1948-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Kosovanın Malishevo yaxınlığındakı kiçik Paqaruşa kəndində anadan olmuşdur[1]. Doğma şəhərində ibtidai məktəbi bitirdikdən sonra Belqrada gedir, burada üç il musiqi məktəbində solo ifa sinfində oxuyur. Musiqi karyerasına 1948-ci ildə Priştina Radiosunda müğənni kimi başlamışdır.
Təxminən qırx illik musiqi karyerası ərzində müğənni xalq musiqisindən tutmuş klassik və opera hissələrinə qədər müxtəlif janrlarda əsərlər ifa etmişdir. Əsərini tərifləyən musiqi tənqidçilərinin rəylərində o, müxtəlif ləqəblər alır: "Kosovo bülbülü" (alb. Bilbili i Kosovës), "Alban musiqisinin kraliçası", "Madam Butterfly" və b. O, təkcə Kosovoda deyil, digər Avropa ölkələrində və bölgələrdə, o cümlədən Albaniya, Makedoniya Respublikası və Bosniya və Herseqovina, Bolqarıstan və sairələrdə çox məşhur idi. Kosovoda "Əsrin İfaçısı" fəxri adına layiq görülüb (Alb. alb. Këngëtare e shekullit)
Bareşa kompozisiyası müğənninin ən populyar mahnılarından biridir[2]. Musiqini Necmiyenin həyat yoldaşı Recco Mulliki yazmış, mətnin müəllifi isə Rifat Kukay idi. Bundan əlavə, Paqaruşa müxtəlif tamaşalarda və filmlərdə çox rol oynamış və aktyorluq fəaliyyətinə görə bir çox mükafatlar almışdır.
Paqaruşa 1984-cü ildə Sarayevoda böyük bir konsert keçirdikdən sonra musiqi karyerasına son qoyur. 2000-ci ildə səhnədən ayrıldıqdan 16 il sonra, bir alban televiziya şousunda Për ty mahnısını ifa edərək qısa bir müddət səhnəyə qayıdır. Son illərdə Priştinadakı Radio Kosova və Radio Blue Sky radiolarında böyük bir musiqi məsləhətçisi olaraq çalışmışdır.
2012-ci ilin noyabr ayında Albaniya Prezidentinin əlindən Buyar Nişani “Millətin Fəxri” ordenini alır (alb. Nderi i Kombit)[3]. Kosovo bülbülü 2020-ci ilin fevral ayının 7-də bu dünyaya əbədi olaraq gözlərini yumur.