Neftyanik stadionu (Ufa)

Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir.

Neftyanik stadionu
2015-ci ildəki vəziyyəti
2015-ci ildəki vəziyyəti
Map
Yeri Ufa, Başqırdıstan, Rusiya
Təməli qoyulub 1967
Açılış tarixi 1967
Yenidən qurulma tarixi 2012−2015
Tamaşaçı tutumu 15132[1]
Ev sahibi komanda "Ufa"
Meydançanın ölçüləri 105x68
Ot örtüyü ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Stadionun əsası 1967-ci ildə qoyulmuşdur.

2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur[2].

İnfrastruktur[redaktə | mənbəni redaktə et]

Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır. Stadionun futbol meydançasının ölçüləri 105x68 m-dir. Stadionda atletizm üçün 400 m-lik yer, rəqəmsal elektron tablo, inzibati bina vardır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]