Neftyanik stadionu (İşimbay)

Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının İşimbay şəhərindəki əsas idman qurğusu. Şəhər mərkəzində olan Lenin meydanının yaxınlığında yerləşir[1]. Stadionun tutumu 5000 nəfərlikdir. İşimbay şəhərinin "Neftyanik" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir. Stadionun direktoru İvan Kapoşkodur[1].

Neftyanik stadionu
2010-cu ildəki vəziyyəti
2010-cu ildəki vəziyyəti
Xəritə
Yeri İşimbay, Başqırdıstan, Rusiya
Təməli qoyulub 1937
Tikilib 1937-1940
Açılış tarixi 1940
Sahibi Şəhər bələdiyyəsi
Tamaşaçı tutumu 5000
Ev sahibi komanda "Neftyanik" FK
Meydançanın ölçüləri 105x68
Ot örtüyü ot

Stadionun əsası 1937-ci ildə qoyulmuş, 1940-cı ildə isə açılışı olmuşdur.

1947-ci ildən "İşimbayneft"ə aid olmuş bu stadion, 2000-ci ildən şəhərin bələdiyyə qurumuna aiddir.

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Stadionun tribunaları üstüaçıq formadadır. Stadionun futbol meydançasının ölçüləri 105x68 m-dir. Meydançanın kənarında atletizm üçün 400 m-lik yer vardır. Bundan başqa uzunluq və uzunluq atışları, disk və nizə, atış üçün də şərait yaradılmışdır. Stadion ərazisində 18x9 m ölçülü idman zalı, basketbol, voleybol, hokkey meydançaları və s. də var.

Təlim zallarında stolüstü tennis üzrə dərslər keçirilir[2].

İl ərzində stadion vətəndaşların istifadəsində olaraq, onların istirahəti üçün burada şərait yaradılır[1]. Mütəmadi olaraq milli, Respublika və regional miqyaslı idman tədbirləri keçirilir[1].

Stadion özü qışda İşimbay sakinləri tərəfindən buz meydançası kimi də istifadə olunur.

Buz meydançası, 2011

Burada əsasən Başqırdıstan Respublikası Çempionatının futbol matçları, "Dəri top" turniri və uşaqlar arasında məşhur olan "Həyət futbolu" oyunları keçirilir[1].

  1. 1 2 3 4 5 Детско- юношеская спортивная школа №4 (Стадион Нефтяник) Arxivləşdirilib 2017-01-29 at the Wayback Machine. ishimbaimr.ru  (rus.)
  2. "Настольный теннис Ишимбая". 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]