Neftyanik stadionu (Ufa)

Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) və ya BetBoom Arena[2]Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir.

Neftyanik stadionu
2015-ci ildəki vəziyyəti
2015-ci ildəki vəziyyəti
Xəritə
Yeri Ufa, Başqırdıstan, Rusiya
Təməli qoyulub 1967
Açılış tarixi 1967
Yenidən qurulma tarixi 2012−2015
Tamaşaçı tutumu 15132[1]
Ev sahibi komanda "Ufa"
Meydançanın ölçüləri 105x68
Ot örtüyü ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadionun əsası 1967-ci ildə qoyulmuşdur.

2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur[3].

Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır. Stadionun futbol meydançasının ölçüləri 105x68 m-dir. Stadionda atletizm üçün 400 m-lik yer, rəqəmsal elektron tablo, inzibati bina vardır.

  1. Профиль стадиона на сайте РФПЛ Arxivləşdirilib 2016-12-08 at the Wayback Machine. rfpl.org (rus.)
  2. "Домашний стадион ФК "Уфа" переименован в "BetBoom Арена"". fcufa.pro (rus). FC Ufa. 2021-06-23. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2024.
  3. "Уфа" – "Зенит". Матч состоится в Уфе Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. sports.ru (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]