Negidallar (Negidal dili ңегидал — "sahilzolağı", özlərini: элькан бэйэнин — yerli insanlar; амгун бэйэнин — çay insanları) — Tunqus-mancur dillərində danışan az saylı xalqdır.
Ümumi sayı | |||
---|---|---|---|
600 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Priamurun aşağı hissəsində Amqun çayının aşağı axarlarında yaşayırlar. 2002-ci il məlumatına əsasən sayları cəmi 567 nəfər təşkil edir. 509 nəfər Negidal Xabarovsk diyarı ərasisində yayılmışdır. Onların çox yaşadığı kənd Vladirirovkadır ki, oradada 90 negidal yaşayır[3].
Negidalların illərə görə sayı:
Negidallar Negidal dilində danışırlar. Bu dil Evenk dilinə yaxınlığı ilə seçilir. Onlar arasında hazırda əsəs ünsiyyət vastəsi Rus dilidir. Faktiki olaraq ruslar tərəfindən assimilyasiya olunmuşlar. Hazırda cəmi 147 nəfər bu dildə danışır. Ysxın gələcəkdə dilin ölməsi labütdür[4]. Harırda Xabarovsk diyarı ərazisində 505 negidaldan cəmi 35 nəfəri (9 %) öz dilini bilir. 100% isə rus dilini bilir[5]
Ərazi baxımından negidallar "aşağı" və "yuxarı" negidallara bölünür. Bu qrupların mədəni və dil baxımından fərqləri vardır. Aşağı negidalların əsas məşğuliyyəti balıqçılıq, ikinci məşğuliyyətləri isə ovçuluqdur. Yuxarı nigedalların əsas məşğuliyyələri ovçuluq, ikinci məşğuliyyəti isə balıqçılıq olmuşdur. Onlar əsasən Çum adlanan ysşayış evlərinfə yaşayırlar.
Aşağı nigedalların əsas nəqliyyat vastəsi itlər, yuxarıların nəqliyyat vastəsi isə maraldlır. Ayaqqabı əsasən balıq dərisindən, paltarlar isə vəhşi heyvanların xəz dərilərindən hazırlanırdı Nigedallarda Animizm geniş yayılmışdır. Şamanizmdə yayılnışdır.
Rusların nigedallarla tanışlığı XVII əsrə tədadüf edir. Geniş əlaqələr isə XIX əsrin ortalarına təsadüf edir. XIX əsrin sonları isə rus tipli yaşayış məntəqələri, geyimlər və həyat tərzi negidalların xüsusiyyətinə çevrilir. Bir müddətdən sonra əkiçilik yaranır.
Sovet dönəmində nigedallar ruslarla birlikdə eyni kolxozlarda fəaliyyət göstərirdilər.
1917-ci ilə qədər nigedallar arasında çox arvadlılıq geniş yayılmışdır. Sovet dönəmində bu qəti sürətdə qadağan edilmişdir[6]. 1920-ci illərdə nigedallar arasında digər xalqlarla nikah geniş yayılmışdır. Xüsusi ilə 59,6 % nikah nivxamlarla olmuşdur. 1980-ci illərdə bu tip nikahlar 94% 2000-ci illərdə 100% təşkil edir.
Artyom Vasilev — Sankt Peterburqlu sahibkar.[7]