Nelson Dida

Nelson Dida və ya qısaca olaraq Dida (7 oktyabr 1973[1][2][…], İrara[d], Baiya) — Braziliyalı futbolçu. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınıb. Futbol üzrə Braziliya milli komandasının qapıçısı olub.

Nelson Dida
port. Dida
Ümumi məlumatlar
Doğum tarixi 7 oktyabr 1973(1973-10-07)[1][2][…] (51 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 195 sm
Çəkisi 85 kq
Mövqeyi qapıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1990-cı illərin əvvəllərində Braziliyada böyük futbol karyerasına "Vitoria" ilə başladıqdan sonra, Dida "Cruzeiro" və "Corinthians" komandalarında çıxış edib. O, daha çox 2000–2010-cu illərdə "Milan"da keçirdiyi on illik fəaliyyəti ilə yadda qalıb, burada özünü dünyanın ən yaxşı qapıçılarından biri kimi təsdiqləyib və klubla çoxsaylı kuboklar və fərdi mükafatlar qazanıb.

"Milan" ilə Dida bir A Seriyası çempionluğu titulunu (Skudetto) və iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Çempionlar Liqasında bu qələbələrdən birincisi 2003-cü ilin finalında A Seriyasından "Milan"ın rəqibi olan "Yuventus"a qarşı oyunda, onun geri qaytardığı üç penal zərbəsindən sonra gəldi.[3][4]

Dida 2010-cu ilə kimi formasını geydiyi "Milan" klubunda 300-dən çox oyunda çıxış edən dörd "Milan" qapıçısından biridir.

Futbolçu 2010-cu ildə "Milan"dan ayrıldıqdan sonra karyerasını biitrdiyini elan edir. Ancaq iki illik fasilədən sonra 2012-ci ildə Braziliyada yenidən futbola qayıtdı və bir çox mövsümlərdə üç komandaya — "Portuguesa", "Qremio" və "İnternasional" klublarında forma geyinir.

Beynəlxalq səviyyədə Dida Braziliya milli komandası ilə on bir il ərzində 91 oyun keçirib, FIFA Dünya Kubokunu və Olimpiya medalını qazanıb, eyni zamanda FIFA Konfederasiyalar Kuboku tarixində ən uğurlu oyunçudur.[5] O, 1999-cu ildə Amerika Kubokunda yarım əsr əvvəl Moacyr Barbosa-dan sonra Braziliya millisinin ilk Afro-Braziliyalı başlanğıc qapıçısı olmaqla, rəng baryerini qırdı və 2006-cı ildə FIFA Dünyasında Braziliya yığmasında, 1950-ci ildən sonra ilk qaradərili qapıçı oldu.[6]

Öz nəslinin ən yaxşı qapıçılarından biri hesab edilən Dida ilk dəfə FIFPro-nun İlin Qapıçısı, FIFA Ballon d'Or mükafatına namizəd olan ilk braziliyalı qapıçı olub.[7]

O, ayrı-ayrı vaxtlarda yeddi dəfə "IFFHS Dünyanın Ən Yaxşı Qapıçısı" mükafatına namizəd olub.[8] O, IFFHS tərəfindən 21-ci əsrin ən yaxşı Latın Amerikası qapıçısı və ümumilikdə altıncı ən yaxşı qapıçı seçilib və Markos, Rojerio Ceni, Taffarel və Gilmar ilə birlikdə Braziliya üçün bütün zamanların ən yaxşıları arasında qiymətləndirilir.[9][10][11][12][13][14][15][16]

Həm Çempionlar Liqasını, həm də Libertadores Kubokunu qazanan on oyunçudan biri olmaqla yanaşı[17], Avropadakı uğurlarına görə Braziliya klubu futbolunda qaradərili qapıçılara qarşı qərəzli münasibətin aradan qaldırılmasına köməklik göstərdiyinə görə tanınıb.[18]

  1. 1 2 Dida // Transfermarkt (çd.). 2000.
  2. 1 2 DIDA nelson de jesus silva // Argentine Soccer Database (isp.).
  3. Durante, Matteo. "Milan campione. La Juve s'inchina ai rigori". archivio.panorama.it (italyan). 2003. 4 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 April 2016.
  4. Delaney, Miguel; Rush, Andrew. "The 22 Champions League winners". ESPN FC. 7 September 2014. 1 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 April 2016.
  5. "Dida's amazing record". FIFA.com. 17 June 2013. 7 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 April 2016.
  6. Bellos, Alex. Futebol: The Brazilian Way of Life (p. 56). Bloomsbury USA (2002), ISBN 1620402440.
  7. "FIFPro World XI 2004/2005". fifpro.org. 20 January 2006. 1 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 May 2016.
  8. "Gianluigi Buffon ahead of Iker Casillas by a hair". iffhs.de. 7 February 2012. 8 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
  9. Antonio Lima, Jose. "Dida, Rogério e Marcos: um trio para sempre" [Dida, Rogério e Marcos: forever a trio]. esportefinal.lance.com.br (portuqal). 24 October 2013. 20 September 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 July 2016.
  10. Símon, Luís Augusto. Os 11 maiores goleiros do futebol brasileiro. Editora Contexto (2010). ISBN 978-85-7244-546-7, chapter 10.
  11. Martini, Davide. "I 10 migliori portieri brasiliani della storia". 90min.com (italyan). 9 December 2015. 29 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2016.
  12. Atkins, Christopher. "Ranking Brazil's 10 Best Goalkeepers of All Time". Bleacher Report. 10 January 2013. 12 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2019.
  13. Ryan, Danny. "Football fans have ranked the 30 greatest goalkeepers in history". GiveMeSport. 15 April 2020. 26 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2020.
  14. "Alisson já é melhor do que Ceni, Marcos, Dida e cia? Blogueiros opinam..." [Is Alisson better than Ceni, Marcos, Dida and co.? Bloggers say...]. bol.uol.com.br. 21 January 2020. 27 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  15. Agência Estado. "Sem renovação de contrato, goleiro Dida segue no futebol e estuda para ser treinador". mg.superesportes.com.br (portuqal). 2 February 2016. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2016.
  16. "Taffarel é eleito o melhor goleiro da história da seleção brasileira" [Taffarel named best keeper in Brazilian Seleção history]. uol.com.br. 8 May 2020. 27 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  17. Gandini, Luca. "European Champions League and Copa Libertadores Champions". rsssf.com. 9 June 2016. 2 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2016.
  18. "After decades of racist stereotypes questioning their ability, black goalies in Brazilian soccer jumps 18.5% in eight years". blackwomenofbrazil.co. 2 February 2013. 6 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]