Nemuro yarımadası Hokkaydo adasının şimal-şərqində yerləşir. Sonucunda Yaponiyanın ucqar şərq nöqtəsi olan Nosappu burnu qərarlaşır. Qərbdən Nemuro-Van körfəzi ilə yuyulur. Yarımada Siretoko yarımadasından fərqli olaraq alçaq platodur. Siqnalnıy, Rifovıy və Storojovoy adalarından Sovet boğazı ilə ayrılır[1][2]. Yarımadanın mərkəzində 30 000 əhalisi olan Nemuro şəhəri yerləşir. Yarımada yaxınlığında yerləşən adalarda quşlar yuva qurur[3]. İyunda Nemuro yarımadasında Yaponiyada ən tez gün çıxır (3:30)[4].
Nemuro yarımadası | |
---|---|
Yerləşməsi | |
43°23′07″ şm. e. 145°49′00″ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | Yaponiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımadada Harayçı qu quşu, Ağquyruq dəniz qartalı, Qara ağacdələn, Əkin qazı və Yapon durnasına rast gəlmək olar. Burada tülkü, maral və dələ kmi məməlilər yaşayır[3].