Nena - Arktika, Şərqi Antarktika və Baltika (Afro-Avrasiya) kratonlarından yaranan superqitə. Bu qitənin təxminən 1750 və ya 1265 milyon il bundan əvvəl mövcud olduğu ehtimal edilir. Nena superqitəsi parçalandıqdan sonra Kolumbiya qitəsi yaranmışdır.[1] "Nena" termini "Northern Europe" (azərb. Şimali Avropa) və "Northern America" (azərb. Şimali Amerika) ifadələrinin baş hərflərindən götürülmüşdü.