Zelandiya

Zelandiya (ing. Zealandia) — dünyanın səkkizinci qitəsi kimi təklif olunur.[1] Alimlər yer qabığındakı çatlar üzərində apardıqları araşdırmalarla Avstraliyanın şərqində yeni bir qitənin olduğunu iddia etmişdilər, lakin bu təklif hələ elmi ictimaiyyət tərəfindən qəbul edilməyib.

Zelandiya
Ümumi məlumat
Dili: ingiliscə
fransızca
maoricə
Yeni Zelandiya işarət dili və s.
Əhali: 5 milyona yaxın

Bruce Luyendyk bu adı ilk dəfə işlətdiyi halda, Hamish Campbell onu qitə kimi təklif edən ilk alim olmuşdur. Kempbellin tezisi ondan ibarətdir ki, Zelandiya əslində tamamilə su altında qaldığı halda, Yeni Zelandiya kimi böyük hissələri qitələr arasındakı toqquşmalar nəticəsində səthə qalxıb. Son araşdırmalar Amerika Geoloji Cəmiyyətinin Jurnalında dərc olunub. Bu araşdırmalara görə, Zelandiya coğrafi qitədir (mikro qitə və ya kontinental hissə deyil) və təxminən 4,9 milyon kvadrat kilometr ərazini əhatə edir, 94 faiz su və Yeni Zelandiyanın Şimal və Cənubi Adaları, Yeni Kaledoniya və digər adalardan ibarət qurudan ibarətdir. Bu araşdırmalara görə, Zelandiya coğrafi qitədir (mikro qitə və ya qitə parçası deyil) və təxminən 4,9 milyon kvadrat kilometr ərazini əhatə edir, 94 faiz su qismi ilə Yeni Zelandiyanın şimal və cənubi adaları, Yeni Kaledoniya və digər adalardan ibarət qurudan ibarətdir.[2] Dörd fərqli səbəbə görə Zelandiya ayrı bir qitə hesab olunur.[3]

  • yer səthinin dəniz tavanına görə yüksək olması
  • qaya tiplərində müxtəliflik
  • okean tavanını əhatə edən daha incə yarıqlar
  • ərazini əhatə edən sərhədlər mikro qitədən çox qitəyə işarə edir
  1. ""Zealandia: Is there an eighth continent under New Zealand?"". bbc.com (ingilis). 28 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2017.
  2. "Dünyada 7 değil 8 kıta bulunuyor". ntv.com.tr (türk). 18 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2017.
  3. "Coğrafya kitaplarına yeni bir kıta daha eklenebilir: Zelandiya kıtası keşfedildi". tr.sputniknews.com (türk). 18 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2017.