Rodiniya (rus. Родина[1]) - e.ə. 1,1 milyard və e.ə. 750 milyon illər ərzində Proterezoy dövründə mövcud olmuş qədim qitədir. Rodiniya qitəsinin mövcud olması mövzusu mübahisəlidir.[2] Gec rifeyin ortalarında (750-700 min. il) parçalanmağa başlamışdır. Bu zaman əvvəlki etapın qitə rift sistemlərinin lateral yerdəyişmələri baş vermiş spredinq oxları meydana çıxmış və yeni okean hövzələrinin, o cümlədən Sakit okeanın əsası qoyulmuşdur.