Nettillinq gölü (ing. Nettilling Lake) — Kanadanın Nunavut vilayəti ərazisində yerləşir. Baffin Torpağı adasının cənubunda yerləşir. Səthinin sahəsi 5050 km², ümumi sahə isə 5542 km² təşkil edir. Kanadanın gölləri arasında sahəsinə görə on birincidir. Dünyada adada yerləşən ən böyük göldür.[1] Dəniz səviyəsindən hündürlüyü 30 metrdir.[2].
Nettillinq | |
---|---|
ing. Nettilling Lake | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 30 m |
Uzunluğu |
|
Sahəsi | 5051 km² |
Dərin yeri | 132 m |
Yerləşməsi | |
66°32′ şm. e. 83°10′ q. u. | |
Ölkə | Kanada |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl təqribi olaraq 110 km Auyuittuk Milli Parkından cənub-qərbdə yerləşir. Göl əsasən Amacuq gölündən, bir sıra göl və çaylardan qidalanır. Şərqində üç buxta yerləşir (Miraj, Kamsel və Burvoş). Bu hissə çox dayazdır və çoxlu adası vardır. Qərbdə isə nisbədən dərindir və adaları yoxdur. Göldən qərbə Foks körfəzinə kiçik Kukcuak çayı axır. İlin böyük qismi buzla örtülü olur. Bu sərt şəraitdə yalnız üç balıq növü yaşıya bilir. Nettillinq və Amacuak arasında olan ərazidə Karibu maralları yaşayır.
Göldə ilk olan avropalı 1883-cü ildə Frans Boas olmuşdur.[3].