Foks körfəzi

Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadasıSauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazıHudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir.

Foks körfəzi
ing. Foxe Basin
Ümumi məlumatlar
Tip Körfəz
Yerləşməsi
65°55′ şm. e. 77°52′ q. u.HGYO
Ölkə  Kanada
Akvatoriyası
Foks körfəzi xəritədə
Foks körfəzi
Foks körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Foks körfəzinin xəritəsi
Foxs körfəzində buz üzərində morj. iyul, 1999
Foxs körfəzində üzən balina quyruğu. iyul, 1999

Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır[1]. Körfəzdə çoxsaylı adalar vardır. Onlardan ən böyüyü: Şahzadə-Çarlz, Er-Fors, Brey, Rouli, Yens Munk, Kox, Foli, Vinter, Vansittart, Vayt və Spayser adaları qrupu.

Baffin Torpağı adasının buzlaq suları çoxsaylı qısa çaylar və göllər vasitəsilə buxtaya axır. Bu su tutarlarından ən böyüyü Nettillinq gölüdür (Kukcuak çayı boyunca).

Buz parçaları şimalda yayılmışdır və cənuba doğru hərəkət edir. Şimalda və mərkəzdə dərinlik 110 m, cənubda isə 400 m-ə çatır.

Sahillər cənubda qayalı, şimalda isə alçaqdır. Dəniz quşları hündür qayalarda yuva qurur. Sahil bataqlıqları Baffin Torpağı və Southampton adalarında geniş yayılmışdır.

Körfəzin sahillərində yerləşən yaşayış məntəqələri: İqlulik, Foley, Nabukyuak.

Körfəzin sərin suyu onun fitoplanktonla zəginliyini təmin edir. Buna görə də saysız-hesabsız kiçik adalarda dəniz quşlarının bir çox növü yaşayır.

  1. Paulic, J.E.; Cleator, H.; Martin, K.A. Ecologically and Biologically Significant Areas (EBSA) in Northern Foxe Basin, Nunavut: identification and delineation (PDF) (Hesabat). Fisheries and Oceans Canada. August 2014. Research Document 2014/042. 2022-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-06.