Neva Çiftçioğlu Banes (24 fevral 1963, Ərzurum) — Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, astrobioloq.
Neva Çiftçioğlu | |
---|---|
Neva Çiftçioğlu Banes | |
Doğum adı | Neva Çiftçioğlu |
Doğum tarixi | 24 fevral 1963 (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
Türkiyə ABŞ |
Elmi dərəcəsi | Biologiya elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | Dosent |
İş yeri | NASA |
Təhsili |
Hacəttəpə Universiteti Ankara Universiteti |
Mükafatları |
Skandinav Elm mükafatı Elm-peşə mükafatı Nobel Tibb mükafatı namizədliyi |
Ç. B. Neva NASA-da işləyən ilk Türkiyə vətəndaşı[1] . Tibb üzrə Nobel Mükafatına namizədliyinin irəli sürülməsi hadisəsi yalnız bir iddiadır və bu barədə heç bir sənəd və ya şahid yoxdur.
1985-ci ildə Hacəttəpə Universitetinin Biologiya fakültəsindən məzun olmuşdur. Eyni il Ankara Universiteti Tipp fakültəsində mikrobiologiya sahəsində magitr təhsilinə başlamış və doktorantura təhsilini də orada almışdır.
1991-ci ildə Finlandiyanın Kuopio Universitetinin biotexnologiya sahəsində işləməyə başlamış və eyni universitetdə dosent adını almışdır.[2] Doktor Olavi Kajander ilə vücuddakı ərplənmələrə səbəb olan nanobakteriya adını verdikləri yeni bir mikro-orqanizmanı izoliyasiya etməyi bacarmışdır.[3][4] Çiftçioölu və Kajander ikilisinin nəzəriyyəsinə görə bilinməyən insan xəstəliklərinin 25 faizində olan patalojik kalsifikasiyalar (ərplənmə) nanobakteriyalar tərəfindən başladılır.[3][4][5] Bu iddia sonradan elmi ictimaiyyət tərəfindən rədd edildi. Elmi nəşrlər göstərib ki, nanobakteriyalar mövcud deyil. Nanobakteriyalara dair heç bir sübut tapılmadı[6][7][8]
Neva Çiftçiolğlu dünyanın bir çox universitetindən təkliflər alaraq oralarda elmi fəaliyyət göstərmişdir.[9] Bu günə qədər on ədəd beynəlxalq mükafata layiq görülmüşdür. Onun fəaliyyəti NASA-nın diqqətini çəkmiş və ona edilən təklifi qəbul edərək NASA-nın Astrobiologiya İnistitutuna həqiqi üzv kimi qəbul edilmişdir.[10] 2001-ci ildə NASA-nın Conson Kosmik Mərkəzinə keçmişdir. Hal-hazırda NASA-da elm müşaviri olaraq işləməkdədir.[10] NASA ilə əlaqələri çoxdan bitib. Hazırda heç bir qurumda işləmir.[11]