Nevelskoy boğazı — Avrasiya materikini Saxalin adasından ayırır. Tatar boğazını Amur limanı ilə birləşdirir. Uzunluğu 56 km, eni ən dar yerdə 7,3 km təşkil edir. Dərinliyi 7,2 m-dir. Boğaz Q. İ. Nevelskoyun şərəfinə onun soyadı verilmişdir. O boğazı 1849-cu ildə üzərək keçmişdir. Stalinın dönəmində boğaz ərazisindən Saxalin adasına tunel çəkilişi planlaşdırılır ancaq layihə tam reallaşdırıla bilinmir. Bu məsələ günümüzdə öz aktuallığını itirməsə də, bununla bağlı bir tədbir görülmür. Digər layihələr arasında damba və körpü tikintisi də vardır. Alimlərin fikirincə gələcəkdə Xabarovsk və Primorsk vilayətlərinin havası isinəcək. Digərləri isə Primorsk soyuq cərəyanının istiləşməyə imkan verməyəcəyini bildirirlər.
Nevelskoy boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | minimum 7,3 km |
Uzunluğu | 56 km |
Ən böyük dərinliyi | 7,2 m |
Yerləşməsi | |
52°10′13″ şm. e. 141°36′19″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Avrasiya materikini Saxalin adasından |
|