New Game!

New Game! (ニューゲーム, Nyū Gēmu?, azərb. Yeni oyun!‎) — Şotaro Tokuno tərəfindən hazırlanan yonkoma seriyası. 2013-cü ilin yanvarından Houbunsha nəşriyyatının "Manga Time Kirara Carat" seynen manqası jurnalında nəşr olunur. 4 iyul 2016-cı ildən 19 sentyabr 2016-cı ilə kimi Doga Kobo tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. 11 iyul 2017-ci ildən ikinci mövsümü yayımlanır. 2017-ci ilin yanvarında 5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası buraxılmışdır.

New Game!
Birinci cildin üzlüyü. Personaj: Aoba Suzukaze.
ニューゲーム
(Nyū Gēmu)
azərb. Yeni oyun!
Janr komediya
Manqa
YazıçıŞotaro Tokuno
NəşriyyatHoubunsha
JurnalManga Time Kirara Carat
Tərcümə jurnalı
DemoqrafiyaSeynen
Nəşr tarixi28 yanvar 2013 – hazırda
Cildlər6 (cild siyahısı)
Anime
RejissorYoşiyuki Fucivara
SsenaristFumihiko Şimo
BəstəkarHacime Hyakkoku
StudiyaDoga Kobo
Digər lisenziyalar
KanalAT-X, Tokyo MX, TVA, MBS, BS11
Buraxılış tarixi4 iyul 201619 sentyabr 2016
Seriyalar12 + 1 OVA (seriya siyahısı)
Video oyun
New Game! The Challenge Stage
Hazırlayan5pb.
Nəşr edən5pb.
JanrVizual roman
PlatformaPlayStation 4, PlayStation Vita
Buraxılış tarixi
Anime
New Game!!
RejissorYoşiyuki Fucivara
SsenaristFumihiko Şimo
BəstəkarHacime Hyakkoku
StudiyaDoga Kobo
Digər lisenziyalar
KanalAT-X, Tokyo MX, TVA, MBS, BS11
Buraxılış tarixi11 iyul 201726 sentyabr 2017
Seriyalar12 (seriya siyahısı)
  Anime və manqa portalı

Uşaq ikən oynadığı "Fairies Story" videooyununun böyük fanatı olan Aoba Suzukaze liseydən məzun olduqdan sonra Eagle Jump videooyun şirkətində personaj dizayneri kimi işə başlayır. "Fairies Story 3" adlı yeni oyun üzərində işlədiklərini öyrənən Suzukaze hələ gənc olmasına baxmayaraq yeni dostlar qazanmağa və bacardığı qədər kömək etməyə çalışır.

Aoba Suzukaze (涼風 青葉, Suzukaze Aoba?)
Səsləndirən: Yuuki Takada[1]
Baş qəhrəmandır və liseydən yenicə məzun olaraq Eagle Jump şirkətinə personaj dizayneri kimi qatılır. Balaca boyuna görə onu tez-tez orta məktəb şagirdi ilə səhv salırlar.
Ko Yaqami (八神 コウ, Yagami Kō?)
Səsləndirən: Yoko Hikasa[1]
Eagle Jump şirkətinin baş personaj dizayneridir. Vaxtının çoxunu ofisdə keçirir, hətta gecəni şirkətdə keçirir. Bir az sərt qadındır. 25 yaşı var. Aobaya personaj dizayneri olmağa ilham verən oyunun personaj dizayneri o olub.
Rin Toyama (遠山 りん, Tōyama Rin?)
Səsləndirən: Ay Kayano[1]
Art direktor və arxa plan bölməsinin başçısıdır. Konun yaxın dostudur və onun da 25 yaşı var.
Hifumi Takimoto (滝本 ひふみ, Takimoto Hifumi?)
Səsləndirən: Mequmi Yamaquçi[1]
Personaj dizayneridir. Başqaları ilə ünsiyyət quranda utanır və e-mail vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir. Evində Sociro adlı kirpi saxlayır və kospley olmağı sevdiyini gizlədir.
Yun İycima (飯島 ゆん, Iijima Yun?)
Səsləndirən: Ayumi Takeo[1]
Personaj dizayneridir. Bədheybətlərin dizaynı ilə məşğul olur və tez-tez qotik paltarlar geyinir. Özündən kiçik iki ögey bacı-qardaşı var.
Hacime Şinoda (篠田 はじめ, Shinoda Hajime?)
Səsləndirən: Mequmi Toda[1]
Hərəkət dizayneridir. Sentayı çox sevir.
Umiko Ahaqon (阿波根 うみこ, Ahagon Umiko?)
Səsləndirən: Çitose Morinaqa
Proqramçıdır. Xətaları düzəldəndə əsəbləşir və soyadına görə utanır. Hərbi fanatdır, straykbol oynamağı çox sevir.
Nene Sakura (桜 ねね, Sakura Nene?)
Səsləndirən: Madoka Asahina
Aobanın liseydən yaxın rəfiqəsidir. Hazırda universitetdə təhsil alır. Yayda xəta axtarıcısı kimi Eagle Jump şirkətinə qatılır.
Şizuku Hazuki (葉月 しずく, Hazuki Shizuku?)
Səsləndirən: Eri Kitamura
Oyun direktorudur. Şirin qızlara marağı olduğundan şirkətdə ancaq qızlar işləyir. Mozuku adlı pişiyi var.
Kristina Yamato Vako (大和・クリスティーナ・和子, Yamato Kurisutīna Wako?)
Səsləndirən: Kaori Nazuka[2]
Eagle Jump prodüseridir.
Momici Moçizuki (望月 紅葉, Mochizuki Momiji?)
Səsləndirən: Arisa Suzuki[2]
Hekayənin ikinci ilində şirkətə qatılan qrafik rəssamdır.
Tsubame Narumi (鳴海 ツバメ, Narumi Tsubame?)
Səsləndirən: Hitomi Ovada[2]
Hekayənin ikinci ilində şirkətə qatılan proqramçıdır.
Hotaru Hoşikava (星川 ほたる, Hoshikawa Hotaru?)
Aoba və Nenenin liseydən dostudur. Liseydə incəsənət klubunun üzvü idi. Peşəkar illüstrator olmaq üçün təsviri incəsənət kollecində oxuyur.
Səsləndirən: Manaka İvami[2]
Çinatsu Hidaka (日高 ちなつ, Hidaka Chinatsu?)

Şotaro Takuno tərəfindən hazırlanan orijinal manqa 28 yanvar 2013-cü ildən Houbunsha nəşriyyatının "Manga Time Kirara Carat" jurnalında nəşr olunur. 27 fevral 2014-cü ildən 27 iyun 2017-ci ilə kimi altı tankobon cildi buraxılmışdır.[3] "The Spinoff!" adlı beşinci cild əsas hadisələr üçün prikvel rolunu oynayır və 27 iyul 2016-cı ildə buraxılmışdır.[4] Seven Seas Entertainment manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.[5]

Cild siyahısı

[redaktə | mənbəni redaktə et]
Yapon nəşr tarixiYapon ISBN
1 27 fevral 2014[3]ISBN 978-4-832-24414-6
2 27 mart 2015[3]ISBN 978-4-8322-4546-4
3 27 yanvar 2016[3]ISBN 978-4-8322-4656-0
4 27 iyul 2016[3]ISBN 978-4-8322-4720-8
5 27 iyul 2016[4]ISBN 978-4-8322-4721-5
6 27 iyun 2016[3]ISBN 978-4-8322-4847-2

4 iyul 2016-cı ildən Yaponiyada 12 seriyalıq anime adaptasiyası yayımlanır. Anime Crunchyroll vasitəsilə də nümayiş etdirilir.[6][7] Doga Kobo studiyası tərəfindən istehsal olunan animenin rejissoru Yoşiyuki Fucivara, ssenaristi Fumihiko Şimo və personaj dizayneri Ay Kikuçidir.[8] Anime serialının 28 sentyabr 2016-cı ildən 24 fevral 2017-ci ilə kimi buraxılacaq 6 Blu-Ray/DVD cildinə OVA seriyası əlavə olunmuşdur.[9] Animenin açılış mahnısı "Sakura Skip" (SAKURAスキップ, Sakura Sukippu?) mahnısı, bağlanış mahnısı isə "Now Loading!!!" mahnısıdır. Hər iki mahnı Fourfolium seyyu qrupu (Yuuki Takada, Mequmi Yamaquçi, Ayumi Takeo və Mequmi Toda) tərəfindən ifa olunur.

"New Game!!" adlı ikinci mövsüm 11 iyul 2017-ci ildə Yaponiyada nümayiş etdirilməyə başlamışdır. Anime Crunchyroll vasitəsilə də yayımlanır.[10][11] İkinci mövsümün açılış və bağlanış mahnıları, uyğun olaraq, "Step by Step Up ↑↑↑↑""Jumpin' Jump Up!!!!" mahnılarıdır. Hər iki mahnı Fourfolium tərəfindən ifa olunur.[12]

Anime Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.[13]

5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası "New Game!: The Challenge Stage" 26 yanvar 2017-ci ildə PlayStation 4 və PlayStation Vita platformaları üçün buraxılmışdır.[14] Vizual roman baş qəhrəman Aobanın Eagle Jump şirkətinə qatılmasından bir ay sonrasından bəhs edir. Oyunçular Aobanın parametrlərini də yüksəldə bilirlər. Oyunun məhdud nəşrini sifariş edənlər Aoba fiquru və orijinal saundtrek, öncədən sifariş edənlər isə dovşan kostyumu üçün DLC kodu əldə etmişdir.[15]

Seriyanın personajları digər "Manga Time Kirara" personajları ilə birlikdə 2017-ci il istehsalı "Kirara Fantasia" mobil oyununda peyda olmuşdurlar.[16]

  1. 1 2 3 4 5 6 "Yūki Takada, Yōko Hikasa, Ai Kayano Star in New Game! TV Anime". Anime News Network. March 27, 2016. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2016.
  2. 1 2 3 4 "New Game!! Anime Season 2 Reveals 4 New Cast Members". Anime News Network. May 22, 2017. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.
  3. 1 2 3 4 5 6 "New Game!" (Japanese). Houbunsha. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2016.
  4. 1 2 "New Game! The Spinoff" (Japanese). Houbunsha. 2016-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2016.
  5. "Seven Seas Licenses Made in Abyss, Nameless Asterism, Soul Liquid Chambers, Getter Robo Devolution Manga". Anime News Network. July 3, 2017. July 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2017.
  6. "Crunchyroll Adds B-Project, New Game!, Bananya, Hitori no Shita the outcast". Anime News Network. July 1, 2016. 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2016.
  7. "Product|TVアニメ『New Game!』オフィシャルサイト" (Japanese). Doga Kobo. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2016.
  8. "'Engaged to the Unidentified' Team Animates 'New Game' Show at Doga Kobo". Anime News Network. January 23, 2016. 2021-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2016.
  9. "New Game! TV Anime's Blu-rays/DVDs to Offer Public Bath OVA". Anime News Network. 14 sentyabr 2016. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
  10. "Crunchyroll to Stream New Game!! Season 2, In Another World With My Smartphone Anime". Anime News Network. July 11, 2017. 2019-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.
  11. "New Game!! Anime Premieres on July 11". Anime News Network. June 2, 2017. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.
  12. "New Game! Anime Season 2 Reveals Anime's Theme Song Artist". Anime News Network. May 10, 2017. 2017-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.
  13. "Summer 2017 Simuldubs". Funimation. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.
  14. "First Screens Of New Game! The Challenge Stage! Show Aoba, Hifumi, Kou, And Shizuku". Siliconera. July 20, 2016. October 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2016.
  15. "New Game! PS4, PS Vita Game's Promo Shows Game's Story, Mechanics". ANN (ingiliscə). 7 noyabr 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2016.
  16. "Houbunsha Reveals Kirara Fantasy Smartphone RPG". Anime News Network. June 25, 2017. 2017-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]