Nguyen Dinh Txi

Nyugen dinh thi (vyet. Nguyễn Đinh Thi; 20 dekabr 1924[1], Luanqpxabanq[d]18 aprel 2003, Hanoy) — tanınmış vietnamlı yazıçı, ədəbiyyatşünas, musiqiçisidir.

Nguyen Dinh Txi
vyet. Nguyễn Đinh Thi
Doğum tarixi 20 dekabr 1924(1924-12-20)[1]
Doğum yeri
Vəfat tarixi 18 aprel 2003(2003-04-18) (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti bəstəkar, yazıçı, mahnı yazarı[d], siyasətçi

Laosun şimalındakı keçmiş kral şəhəri Luang Prabang yaxınlığında Phong Saly-da anadan olub. Bu ərazi o zaman Fransnın Hind-Çin kaloniyası hesab edilirdi.Nüfuzlu bir zadəgan nəslinin nümayəndəsi kimi fransız mətəbində akademik təhsil aldı. Milli azadlıq hərəkatında kommunistlərin tərəfində xidmət etdi.Fransızlara qarşı müqavimət hərəkatının qabaqcıl sənətkarlar nəslinə aid idi. Fəlsəfi traktatlar, yazı, şeirlər, musiqi, dram, tənqidi nəzəriyyə yazmışdır. Uzun illər ölkəsinin yazıçılar ittifaqının sədri oldu.Bir müddət əsərlərinə , pyeslərinə qadağalar qoyuldu.Bəstələdiyi mahnılar milli azadlıq hərəkatı zamanı tərəfdarları tərəfindən ağızdan -ağıza ötürülürdü.1940-cı illərdə Milli Qurtuluş Mədəniyyət Qrupuna üzv oldu. 1945-ci ildə Tan Trao Milli Konfransına qatıldı və daha sonra Vyetnam Birinci Milli Məclisinin üzvü seçildi Avqust inqilabından sonra Nguyen Dinh Thi Milli Qurtuluş Mədəniyyət Dərnəyinin baş katibi oldu.

1996-cı ildə o, ədəbiyyat Ho Chi Minh mükafatı aldı. 1995-ci ildən Vyetnam Ədəbiyyat və İncəsənət Birliyinin sədri idi. 18 aprel 2003-cü ildə Hanoyda vəfat etdi.

Romanlar

Vanguard (1951)

Lo çay sahilində (1957)

Yanğında (1966)

Səma cəbhəsi. (1967)

Esseler

Bəzi ədəbiyyat məsələsi (1956)

Romançının əsəri (1964)

Şeirlər

Əsgər (1956)

Qara dəniz Şeiri (1958)

Saf Mavi Çay (1974)

Günəş şüası (1983)

Səhnə əsərləri

Qara maral

Hoa və Ngần

Arzu

Bambuk Meşəsi

Dong Quan-da Nguyen Trai (Şərq qapısı)

Dalğaların səsi

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.