Nifelheim (musiqi qrupu)

«Nifelheim»İsveç blək metal musiqi qrupu. Musiqi qrupu 1990-cı ildə Erik (ləqəbi: «Tyrant", mənası – azərb. Tiran‎) və Per Qustavsson (ləqəbi: «Hellbutcher", mənası – azərb. Cəhənnəm qəssabı‎) əkiz qardaşları tərəfindən qurulmuşdur. Musiqi qrupu "köhnə üslublu" blək metal mahnılarına görə tanınırlar.

Nifelheim
"Nifelheim" konsertdə. 2009-cu il.
"Nifelheim" konsertdə. 2009-cu il.
Əsas məlumatlar
Üslub Blək metal
Treş metal[1]
Fəaliyyət illəri 1990–h.h.
Ölkə  İsveç
Şəhər Dals Longed
Dil İsveç dili
Leybl Necropolis
Black Sun
I Hate
Regain
Heyət «Hellbutcher»
«Tyrant»
«Blackosh»
«Savage Aggressor»
Keçmiş üzvlər «Demon» (1991–1999)
Adrian Erlandsson
«Devastator» (Martin Aksenrot) (1999–2000)
«Apocalyptic Desolator»
«Vengeance from Beyond»
«Insulter of Jesus Christ!»
Əməkdaşlıq «Usurper»
«Unpure»
«Bathory»
«Sadistik Exekution»
«Vulcano»
nifelheim-official.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Nifelheim» musiqi qrupu 1990-cı ildə təsis olunmuşdur və «Unholy Death» demosəsyazmasını 1992–1993-cü illərdə yazmışdır. Musiqi qrupu «Necropolis Records» leyblına qoşulmuş və «Nifelheim» debüt musiqi albomlarını «Studio Fredman» studiyasında yazmışdır. Bu dövrdə musiqi qrupu «Morbid Slaughter» (Ağrılı qırğın) ləqəbli ilk gitaraçalanlarını sevgilisi olduğuna görə qovmuşdur.[2] Bundan sonra «Dissection» musiqi qrupundan olan Con Zvetslut və Con Nödtveydt qrupun gitaraçalanları olmuşdur. Musiqi qrupu studiyadan qovulmuş və onları girişi qadağan edilmişdir.[3]

«Nifelheim» musiqi qrupu 1996-cı ildə «Goat» (Keçi) ləqəbli qonaq vokalist ilə birlikdə «Headbangers Against Disco» adlı ikinci mini-albomları üçün «Vulcano» musiqi qrupunun «Witches Sabbat» mahnısının kaver-versiyasını və «Qummo» filminin saundtreki üçün «Hellish Blasphemy» mahnısını yazmışdır. «Hellish Blasphemy» mahnısı daha sonra musiqi qrupunun «Devil's Force» musiqi albomu üçün Con Zvetslut və Con Nödtveydt ilə birlikdə yenidən yazılmışdır.[3]

Metal musiqi azarkeşləri üçün hazırlanmış və 1998-ci ildə İsveçdə yayımlanmış bir sənədli filmdən sonra «Tyrant» və «Hellbutcher» qardaşlarına «Bröderna Hårdrock» (Ağır metal qardaşları) ləqəbi verilmişdir.[4]

«Nifelheim» musiqi qrupu 1998-ci ildə «Bathory» musiqi qrupunun «In Conspiracy with Satan – A Tribute to Bathory» adlı tribut-albomuna «Die in Fire» mahnısı ilə töhfə vermişdir. Musiqi qrupu 2000-ci ilin mart ayında «Necropolis Records» leyblını tərk etmiş və «Servants of Darkness» musiqi albomunu yazmışdır, hansı ki, «Black Sun Records» leyblı vasitəsilə buraxılmışdır. Musiqi qrupu 2001-ci ildə İsveçdəki «2heavy4you» festivalında ilk konsertlərini vermişdir.[3]

«Nifelheim» musiqi qrupu «Venom», «Bathory», «Vulcano», «Holocausto», «Sarcófago», «Master's Hammer» kimi musiqi qruplarından ilhamlanaraq "köhnə üslublu" blək metal mahnıları ifa edir.[5] Bəzi bəstələrdə «Iron Maiden» musiqi qrupunun təsiri də açıq-aşkar görünür.[6]

"Nifelheim" musiqi qrupu konsertdə. 2006-cı il.
  1. Rivadaviya, Eduardo. "Devil's Force - Nifelheim". allmusic.com (ingilis). AllMusic. October 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2019.
  2. F., Şon. "Nifelheim". mourningtheancient.com (ingilis). Mourning The Ancient. December 23, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2019.
  3. 1 2 3 "Gallery". hem.bredband.net (ingilis). Bredband. March 31, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2019.
  4. "Interview with Twin Brothers Bassist Tyrant & Vocalist Hellbutcher". metalcentre.com (ingilis). Metal Centre. February 2008. October 1, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2019.
  5. Metalion, 2011. səh. 459–461
  6. Metalion, 2011. səh. 348

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]