Nigar Nəsirova

Nigar Nəsirova (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən atıcı.

Nigar Nəsirova
Nigar Nəsirova 2017-ci ildə
Nigar Nəsirova 2017-ci ildə
Şəxsi məlumatlar
Tam adı Nigar Nəsirova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (37 yaş)
Boyu 165 sm. (5 ft 6 in)
İdman növü Atıcılıq
Məşqçisi Ruqiyyə Bağırova
Komandası Neftçi İdman Klubu
Medallar

Nigar Nəsirova 1987-ci il sentyabrın 16-da anadan olub.[1] 2001-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Ruqiyyə Bağırovadır. Neftçi İdman Klubunun üzvüdür.

Nigar Nəsirova 2006-cı ildə Rusiyada baş tutan gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu.

2017-ci ilin martında Nigar Nəsirova Sloveniyanın Maribor şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticədə Nigar Nəsirova və Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc medalın sahibi oldu. Həmin ilin mayında isə Nigar Nəsirova IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirini bürünc medalla başa vurdu, Ruslan Lunyov ilə birgə isə 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin qalibi oldu.

Nigar Nəsirova Azərbaycanı 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında təmsil edib.

2022-ci ildə isə Nigar Nəsirova Misirin Qahirə şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Nəticədə Nigar Nəsirova 50 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin bürünc medalına sahib oldu. 2023-cü ildə isə Nigar Nəsirova Dünya Çempionatını bir qızıl və bir gümüş medalla başa vurdu.

  1. International Shooting Sport Federation. "NIGAR NASIROVA". www.issf-sports.org (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.