Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi.[1]
Ruslan Lunyov | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Ruslan Vladimir oğlu Lunyov | ||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||
Doğum tarixi | 25 iyul 1989 (35 yaş) | ||||||||||||||||
Doğum yeri | |||||||||||||||||
Boyu | 184 sm. | ||||||||||||||||
İdman növü | Atıcılıq | ||||||||||||||||
Karyera illəri | 2006— | ||||||||||||||||
Məşqçisi | Vladimir Lunyov | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur.[2] Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır.[1][2]
2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil elədi.[2] Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı.
Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış elədi.[3] 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı.[3] Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış elədi.[4] 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu.[4] Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış elədi.[4]
Ruslan Lunyov 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib oldu.
Ruslan Lunyov 2019-cu ilin sentyabrında İtaliyanın Bolonya şəhərində baş tutan Avropa Çempionatında 25 metr məsafəyə tapançadan atəşaçma turnirində gümüş medalın sahibi oldu.[2] Həmin turnirin nəticələrinə əsasən o, həm də olimpiya lisenziyasına sahib oldu. Həmçinin Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Ruslan Lunyova əlavə bir olimpiya lisenziyası da verildi.[5]
Ruslan Lunyov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] İyulun 24-də Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə apardı.[6] Nəticədə o, təsnifat mərhələsini 574 balla 36 idmançı sırasında 20-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı.[6] Avqustun 1-də isə Ruslan Lunyov 25 metr məsafəyə sürət tapançasından atəşaçma turnirində mübarizə apardı.[7][8] Ruslan Lunyov təsnifat mərhələsinin birinci turunda 282 balla 22-ci, növbəti turunda isə 286 balla 21-ci pillədə qərarlaşdı.[7] Nəticədə o, təsnifat mərhələsini 568 balla 26 idmançı sırasında 21-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı.[9]
Ruslan Lunyov 2022-ci il ərzində ISSF Qran-Pri beynəlxalq turnirlərinin Xorvatiya mərhələsində gümüş, Bolqarıstan və İspaniya mərhələlərində isə qızıl medallara sahib oldu.[2] Misirin Qahirə şəhərində baş tutan Dünya Çempionatında isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirini gümüş medalla başa vurdu.[2]
Daha sonra Ruslan Lunyov 2023-cü ilin martında Estoniyanın Tallin şəhərində baş tutan Avropa Çempionatında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində qızıl medalın sahibi oldu.[2] Bununla da o, həm də olimpiya lisenziyaya sahib oldu.[10][11]