Nigar Səfərəli qızı Vəlibəyova — görkəmli maarif xadimi, müəllim.
Nigar Vəlibəyova | |
---|---|
Nigar Səfərəli bəy qızı Vəlibəyova | |
Doğum tarixi | 1897 |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Əmir bəy Aslanov |
Atası | Səfərəli bəy Vəlibəyov |
Anası | Xurşid xanım Qovanlı-Qacar |
Təhsili | Müqəddəs Nina adına Bakı Qadın Gimnaziyası |
Nigar Səfərəli bəy qızı Vəlibəyova Bakı şəhərində anadan olub. 1902-ci ildə atası Səfərəli bəy Vəlibəyov vəfat etdiyi üçün yaxın qohumu (bibisi oğlu) Süleyman Sani Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılmışdır.
Müqəddəs Nina adına Bakı Qadın Gimnaziyasını qızıl medalla bitirdiyi üçün, onu 1910-cu ildə Bakıda açılmış üçüncü rus-tatar qızlar məktəbinə müəllim təyin ediblər. Nigar Səfərəli bəy qızı Vəlibəyovanın 1912-ci ilin iyul ayında verilmiş və Milli Azərbaycan Tarixi Muzeyin Sənədli mənbələr fondunda mühafizə edilən şəhadətnamə və attestatında Bakı Müqəddəs Nina Qadın gimnaziyasının 7-ci sinifini əla qiymətlə bitirməsi qeyd edilir. 5 iyun 1912-ci ildə verilmiş 344 №-li şəhadətnamədə isə “Bakı Müqəddəs Nina Qadın Məktəbinin ümumi kursunu bitirən Nigar Səfərəli qızı Vəlibəyovanın əlavə ixtisas olaraq riyaziyyatı öyrənmək üçün VIII əlavə sinfinə daxil olub fərqlənmə” ilə bitirməsi haqqında məlumat verilmişdir. Burada verilmiş qiymət cədvəlində bütün qiymətlərin əla olduğu aydın şəkildə görünür. Sənədi məktəbin müdiriyyəti və Pedaqoji Şuranın üzvləri imzalamışdı. 2-ci vərəqin arxasına vurulan ştampda yazılırdı: “Şəhadətnamə 1912-ci il avqustun 2-də ev mürəbbiyəsi kursunu bitirən N.Vəlibəyovaya verilmişdir”.
24 iyun 1912-ci ildə Bakı Müqəddəs Nina Qadın Məktəbini bitirən islam dininə mənsub olan Rusiya İmperiyasının təbəəsi, məmur qızı olan Nigar xanım Vəlibəyova Bakı şəhəri Müqəddəs Nina qadın təhsili müəssisəsinin elmlər kursunu bitirmişdir. Nigar xanım, 3 iyun 1911-ci il “Nigar Səfərəli bəy qızı Vəlibəyova mükəmməl davranışa malik olmaqla, bütün fənnlərdən yüksək nətiçə göstərərək əla qiymət almışdır; o, Alman dili, rəsm və psixologiya elmlərini və Fransız dilini mükəmməl öyrənmişdir. O, bu yüksək nəticəyə görə qızıl xaç mükafatına layiq görüldü; Göstərdiyi yüksək nəticəyə görə Nigar xanım Vəlibəyova həmin qadın təhsil müəssisəsinin VIII əlavə sinfinə daxil olmuş və riyaziyyat ixtisasını seçərək sinifi əla qiymətlə bitirmişdir. Əlavə olaraq o, pedaqogika, didaktika, gigiyena və təbiət tarixini müvəffəqiyyətlə öyrənərək, əla qiymətlər almışdır.
Rus dili, hesabın ibtidai tədrisi üsulları ilə və tədris ili ərzində ona təklif olunan bütün nəzəri və praktik işləri mükəmməl şəkildə yerinə yetirmişdir. Ona təqdim edilən sənədə əsasən Nigar xanım Vəlibəyova, 1870-ci il 24 may (5 iyun) tarixində təsdiqlənmiş ən yüksək §43-ə uyğun olaraq ev tərbiyəçisi olmasına içazə verilmişdir. Xalq Təhsili Nazirliyinin qadın gimnaziyaları və proqimnaziyaları haqqında Əsasnaməyə uyğun olaraq, o, müsəlman evlərdə riyaziyyatdan dərs demək hüququ alaraq, ev tərbiyəçisi adını alır. Bu qanuna əsasən onun xristian evlərdə olan şəxslərə dərs demək hüququ verilmir. Bu baxımdan o, müvafiq sənədə əsasən xristian etiqadlı şəxslərlə eyni hüquqlara malik deyil. Tiflis şəhəri, 24 iyun1912-cü il. Nigar xanım 15 sentyabr 1912-ci ildən, 29 sentyabr 1919-cu ilə qədər Bakı şəhəri ikinci rus-tatar qadın məktəbində rus dili və hesab müəllimi işləmişdir. Burada daha sonra qeyd edilir ki, Nigar xanım 1920-ci il mayın 31-dən başlayaraq Bakı şəhər tədris idarəsinin göstərişi ilə ikinci türk qadın məktəbində çalışmağa başlamışdır.
Nigar xanım Əmir bəy Aslanovla ailə qurmuşdur.