Nika Melia

Nikanor (Nika) Melia (gürc. ნიკა მელია; 21 dekabr 1979, Tbilisi) — Gürcüstan vəkili və siyasətçisi. Vahid Milli Hərəkatın sədri. Gürcüstan parlamentinin üzvü.

Nika Melia
gürc. ნიკა მელია
Doğum tarixi 21 dekabr 1979(1979-12-21) (44 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, hüquqşünas
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nika Melia 21 dekabr 1979-cu il tarixində SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tblisi şəhərində anadan olmuşdur.

Melia 2020-ci ilin dekabrında Qriqol Vaşadzenin istefasından sonra Vahid Milli Hərəkatın (VMH) sədri seçilmişdir.[1]

23 fevral 2021-ci ildə xüsusi təyinatlılar və polis VHM ofisində reyd keçirərək Melianı həbs etmişdir. Reyd zamanı müxalifət üzvlərinə "mütənasib şəkildə zorakılıq" tətbiq edilmiş, VHM-nin verdiyi məlumata görə isə polis ofisdən bir neçə kompüter serverinin məlumatlarını oğurlamışdır. Bunun ardınca minlərlə etirazçı Melianın azadlığa buraxılmasını tələb edərək küçələrə axışmışdır. Reyddən sonra 2020-ci il parlament seçkilərində "Gürcü Arzusu" partiyasından namizəd olmuş Baş nazir İrakli Qaribaşvili Melianı "adi cinayətkar və terrorçu" adlandırmışdır.[2] Avropa İttifaqının təzyiqindən sonra Melia 10 may 2021-ci il tarixində azadlığa buraxılmışdır.[3]

  1. "Nika Melia elected new UNM head". OC Media (ingilis). 26 dekabr 2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  2. Mamedov, Kamran. "Uğursuz demokratiya və sonsuz siyasi böhran". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 27 fevral 2021. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  3. "Georgian Opposition Leader Released In Tbilisi After EU Posts His Bail". Azadlıq Radiosu (ingilis). 10 may 2021. 8 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]