Nike

Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir.

Nike
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi İctimai şirkət
Sənaye geyim sənayesi[d], pərakəndə, sənaye[1]
Məhsulları İdman ayaqqabıları, geyimləri, aksessuarları və avadanlıqları.
Təsis tarixi 1972
Baş qərargahın yeri Beaverton, Oreqon, Amerika Birləşmiş Ştatları
İqtisadi göstəriciləri
Ümumi gəliri $ 19.2 milyard (2009)
Xalis mənfəəti $ 1,49 milyard (2009)
Əməliyyat mənfəəti $ 1,87 milyard (2009)
Struktur
İşçi sayı 30 200 (2008)
Rəhbərlik
Təsisçi William J. "Bill" Bowerman Philip H. Knight
İdarə heyəti Tim Kuk[2], Travis Nayt[d][2]
www.nike.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır.

Nike topu
Nike topu

Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, SeltikPSV.

Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir.

Air Jordan I basketbol ayaqqabısı
Air Jordan I basketbol ayaqqabısı

Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.

  1. Nike Inc. (Beaverton, OR) // 20th Century Press Archives. 1908.
  2. 1 2 https://web.archive.org/web/20220327022148/https://investors.nike.com/investors/corporate-governance/default.aspx.